Ukraynadan hava döyüşündə İLK ZƏFƏR

Bu gün, 08:14           
Ukraynadan hava döyüşündə İLK ZƏFƏR
Ukrayna ilk dəfə olaraq hava döyüşündə tarixi bir uğura imza atıb: Qərb istehsalı olan F-16 qırıcısı Rusiyaya məxsus Su-35 təyyarəsini vurub. Bu, bu tip hava döyüşündə F-16-nın Rusiya istehsalı olan qabaqcıl döyüş təyyarəsini məğlub etməsi baxımından ilk hadisədir.

Bu barədə “Bild” nəşri məlumat yayıb.

Döyüş Ukraynanın şimal-şərqində Sumı vilayətinin müdafiəsi zamanı baş verib. Ukrayna Hərbi Hava Qüvvələri həm ölkə daxilində, həm də qonşu Kursk vilayətində yerləşən Rusiya mövqelərini bombalamaq üçün döyüş təyyarələrindən istifadə edib.

Rus tərəfi isə havada üstünlük əldə etmək üçün Su-35 qırıcısını havaya qaldırıb, lakin rus pilotun bilmədiyi bir şey vardı — onu hava məkanında şəffaf şəkildə izləyirdilər.

Ukrayna qüvvələri ilə birlikdə havaya qalxan İsveç istehsalı olan “Saab 340 AEW&C” radarlı təyyarəsi Su-35-i hələ 200-300 kilometr uzaqlıqda aşkarlayıb və dəqiq koordinatları F-16-ya ötürüb.

Nəticədə, F-16 təyyarəsi “AIM-120” raketi ilə Su-35-i vurub. Təyyarə Rusiya ərazisində, Kursk vilayətinin Korenevo şəhəri yaxınlığında — sərhəddən cəmi 16 kilometr aralıda yerə düşüb. Pilot katapult vasitəsilə xilas olub, ukraynalı pilotlar isə itki vermədən bazalarına qayıdıblar./Globalinfo.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.