Sumqayıtda iki qardaşdan DƏHŞƏTLİ ƏMƏL: qohumlarını yerə yıxdılar, sonra...

18-10-2018, 10:04           
Sumqayıtda iki qardaşdan DƏHŞƏTLİ ƏMƏL: qohumlarını yerə yıxdılar, sonra...
Sumqayıt şəhərində cinayət törətməkdə təqsirli bilinən Beyləqan rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Cavadov və onun qardaşı, 1987-ci il təvəllüdlü Emin Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Elvin Cavadov 21 yanvar 2016-cı il tarixdə, saat 11 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən “Ucuzluq” mağazasında qardaşı Eminlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qohumu Mirağa Bayramova qarşı zorakılıq edib.

Qızla danışan oğlan döyüldü

Onlar Mirağanın həmin mağazada satıcı işləyən Şəfiqə Əlizadə ilə söhbətlərinə heç bir səbəb olmadan müdaxilə ediblər. Mirağa Bayramov və mağazada olan qeyri-müəyyən şəxslərə qarşı zorakılıq göstəriblər.

Xuliqanlıq ittihamı

Daha sonra Emin Mirağaya badalaq vuraraq yerə yıxıb, ona çoxlu sayda təpik zərbələri endirib. Bununla da Mirağa Bayramov xəsarət alıb.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.

İslah cəzası

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Elvin Cavadov 1 il 11 ay 24 gün, Emin Cavadov isə 1 il 11 ay 27 gün müddətinə islah işləri cəzasına məhkum olunublar.

Hökmdən narazı qalan Elvin Cavadov və Emin Cavadov apelyasiya şikayəti veriblər, onlar barələrində bəraət verilməsini xahiş ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.