Baş seysmoloqdan QORXULU AÇIQLAMA: “…bu dağ Xəzərin ortasına qədər gedib çatacaq”

19-10-2018, 18:33           
Baş seysmoloqdan QORXULU AÇIQLAMA: “…bu dağ Xəzərin ortasına qədər gedib çatacaq”
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi AMEA-nın Seysmoloji Xidmət Mərkəzi ilə birgə Badamdardakı sürüşmənin son nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

Teref.az xəbər verir ki, konfransda çıxış edən Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli zəlzələ baş verəcəyi halda sözügedən sürüşmə zonasının düzənliyə çevriləcəyini deyib:

“Baş verəcək hər hansı bir güclü təkan gördüyünüz bu dağın Xəzər dənizinə qədər gedib çatmasına səbəb olacaq. Gündəlik olaraq bizim mərkəz Xəzər dənizində baş verən təkanları izləyir. Bu günə qədər hər hansı güclü təkan qeydə alınmadığı üçün ictimaiyyətə heç bir məlumat açıqlamırıq. 2000-ci ilin noyabrında baş verən güclü təkan kimi zəlzələ baş verərsə, dayandığımız bu dağ düzənliyə çevrilər”. /Cebhe.info/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.