Bu bir tarixdir: 772-ci batalyon. „1993-1994-cü il qış hücum kampaniyası“.
8-10-2015, 15:03
772-ci batalyon. „1993-1994-cü il qış hücum kampaniyası“. 772-ci batalyon
Dekabırın 25-indən yanvarın 29-30-una qədər olan „1993-1994-cü il qış hücum kampaniyası“.
Həmsöhbətim:
Mehdi Cavadov
- 1993 - 94-cü ilin qış əməliyyatlarında 772-ci XTB hansı istiqamətdə vuruşurdu ?
- 1993-cü ilin dekabr ayında qış əməliyyatı çərçivəsində Ağdərə istiqamətində hücumlar bizim cəbhədən başladı. Hücum istiqaməti Talış- Suqovuşan idi. Dekabrın ikinci ongünlüyü 703-ün birinci batalyonu Babək44 Suqovuşan (Madaqiz) 130 saylı hərbi hissə Suqovuşan və Gülüstan arasında Ağuçuq yüksəkliyi istiqamətində hücuma keçmişdi. Hər iki hücum uğursuz alınmışdı. 703-dən tağım komandiri Ələmdar Beyləqanlının, 730-dən isə bir döyüşçünün cəsədi erməni mövqeyində qalmışdı.
25 dekabrda bizə o istiqamətdə irəliləmək əmri verildi. Bizdə olan məlumata görə 130 həmin gün hücuma keçib düşmənin müqavimətini qırdıqdan sonra bizim hissə içəriyə doğru irəliləməli idi. Biz 130 saylı hərbi hissənin yanından gəlib keçdik, saat 9-10:00 radələri olardı. Sonra komandir bizə hücum üçün əmr verdi. Bu istiqamətdə (Arakəsər istiqaməti – M.C.) biz kəşfiyyat aparamamışdıq, əmr verilən kimi bizim döyüşçülər yüksəkliyə hərəkətə başladı. Ərazi sıx meşəlik idi, biz kalon formasında qalxırdıq. Döyüşçülər düşmən qüvvələri ilə rastlaşan kimi atışma başladı və itkilərimiz olsa da biz toparlanıb, vəziyyəti ələ aldıq və mövqeləri tutduq. Komandir Kərim Vəliyev də həmin istiqamətdə bizimlə irəliləyirdi, mövqeyi ilk ələ keçirdiyimizdə öndə olan 5-6 nəfərin biri də o, idi. Həmin vaxt, səhv etmirəmsə, K.Vəliyev mayor idi.
Ağuçuq yüksəkliyini götürdükdən sonra bizə 3 nəfər olmaqla Suqovuşan (Madaqiz) istiqamətində həmin gün gecə kəşfiyyat aparmaq tapşırıldı.
Suqovuşan istiqamətində hərəkət edərək ermənilərin arxasında gecə 4 saata qədər qaldıq. Gecə saatlarında ocaqları yanırdı. Dörd ocaq saydıq, əldə etdiyimiz məlumatları geri ötürdükdən sonra bizə geri qayıtmaq əmri verildi. Səhər tezdən Babək44 şimal tərəfdən, biz cənub-qərb tərəfindən girib, həmin yüksəklikləri azad etdik və Ələmdarın da cəsədini geri almış olduq.
29 dekabr bu əməliyyatı uğurla başa vurduqdan sonra 30-31 dekabr yüksəkliklərdə qaldıq. 1 yanvar 2065 m. yüksəkdə yerləşən Keçəldağ istiqamətinə hərəkətə başladıq. Biz oraya çatanda Goranboy batalyonu artıq o mövqelərə girmişdi. Düşmən texnikasını mövqelərdə qoyub qaçmışdı, tankın birini isə sıldırım qayadan üzü aşağı buraxmışdılar.
Biz sonradan həmin yüksəklikdən Təzəkənd (Tonaşen) istiqamətinə gəlib, Təzəkənd - Dəstəgül istiqamətində olan yüksəkliklərin boş olduğunu təyin etdik. Dekabrın 2-si yenidən Suqovuşana qayıtdıq.
Daha sonra Lüləsaza (Akop-Komariyə) hücum planlaşdırıldı. Yanvarın 4-ü Tər-tər çayını keçməklə artıq döyüşlər bu istiqamətdə başladı. 6 yanvardan döyüşlər Lüləsazın 963 və 1001 yüksəklikləri arasında idi. Bu tarix üçün döyüşlər bizim planlarşdırdığımız kimi gedirdi. Amma sıradan çıxan qüvvələrimiz də var idi, təəssüf ki, onları əvəz edəcək yeni qüvvələr yox idi. Yeni gətirilən qüvvələr hazırlıqsız olurdu, onlarla döyüşmək ağır idi. Sonradan yanvarın 11-i ərəfədə bizim istiqamətə Goranboy batalyonunu da köməyə gətirdilər. Yanvarın 11-inə düşmən müdafiədən çıxırdı və hücumlara əks hücumlarla cavab verirdi. 6-15 yanvar arası Lüləsaz istiqamətində sıx meşəlik şəraitində demək olar hər gün yaxın məsafədən, meşələrin içərisində mövqe döyüşləri aparılırdı. Meşə şəraitində uzaqdan döyüş aparılmır, müşahidə aparmaq olmur.
Qış əməliyyatı vaxtı müharibə öz şiddətinin pik nöqtəsinə çatmışdı. Amansız, şiddətli döyüşlər gedirdi.
Yanvarın 20-sinə Ağdərə istiqamətində döyüşlər planlaşdırıldı. Həmin hücumlar da uğursuz alındı, Qlobus-Vışka istiqamətində yüksəkləri ala bilmədik. Güclü müqavimətə rast gəldik. İtkimiz çox oldu. Batalyon 150 nəfərlə döyüşə başlamışdı və artıq 30%-ni itirmişdi. 20 şəhid və 40-a yaxın yaralımız vardı. Sonrakı döyüşlərdə demək olar hər bölükdə 15 döyüşçümüz qalmışdı. Müdafiə Nazirliyindən gələn əmrə görə bizi oradan çıxardılar və artıq yanvar ayının sonlarına Ağdərə istiqamətdə qış əməliyyatı çərçivəsində hücumlar dayandırıldı.
Ağdərə istiqamətində düşmən çox böyük qüvvə cəmləşdirmişdi. Yanvarın 6-sından etibarən ermənilər hücuma başlamışdı...
Şəhidlərimiz:
26 dekabr 93-cü il Suqovuşan istiqamətində şəhid olanlar :
Nəsimi Süleymanov.
Tofiq Ismayılov.
27.12.93
Namiq Əliyev.
28.12.93
Zəkəryəyev Əlibala (Bakı.)
https://az.wikipedia.org/wiki/%22Az%C9%99rbaycan_Bayra%C4%9F%C4%B1%22_ordeni_il%C9%99_t%C9%99ltif_edil%C9%99nl%C9%99rin_siyah%C4%B1s%C4%B1 (Əlibala Ələsgər oğlu Zəgəryəyev - Azərbaycan Bayrağı ordeni. (ölümündən sonra) — 15.01.1995[19])
Həmsöhbətim:
Yalquzaq.
1993-94-cü il, 25 dekabr - 30 yanvar ərzində bizim batalyon Ağdərə cəbhəsində aktiv hərbi əməliyyatlarda oldu, 31 yanvar biz oradan çıxarıldıq və 776 oraya yerləşdirildi. Qüvvə demək olar ki, tükənmişdi...
25 dekabrda, hücum başlayanda, Ağdərənin çox kəndləri bizim əlimizdəydi.
- Ilk hücumunuz haradan başladı?
- Dekabr ayında biz hücuma Talış kəndindən başlamışdıq. Meşəylə təxmini 5-6 km hərəkət edərək Suqovuşan (Madaqiz) kəndinin arxasında olan yüksəkliyi almaq əmri verilmişdi. Yüksəkliklərin adını xatırlamıram, Suqovuşan su hövzüsinin arxasında idi. 130 saylı hərbi hissə (Gəncə desant həmlə briqadası, onlar döyüsler erzinde şəxsi heyətinin, yarali ve shehidler olaraq, xeyli hissesini itirdi. - Yalquzaq.) hərəkətə birinci başlamışdı, biz yüksəkliyi tutduqdan sonra onların ardınca hərəkət etməliydik. Biz hərəkətə başladığımız yolda onlar tutmalı olduqları mövqelərin yanından keçərək yüksəkliyə tərəf irəliləməli idik. Daha sonra onlar bizim tutduğumuz mövqelərdən ötərək irəliləməli və orada yerləşən Dəstəgül kəndinin ətrafında cəmlənməli idilər. Bu kənd Tonaşen kəndinin yaxınlığında, hündür dağın başında yerləşən balaca bir kənddir. 25 dekabr biz hərəkətə başladıq və artıq gecə gəlib 130-un yanından keçdik, onlar geri qalırdı, çox zəif hərəkət edirdilər. Biz onları gözləyə bilməzdik və komandir əmr etdi ki, bu hərbi hissəni keçin. Cavan əsgərlər idi, demək olar yaxşı təlim keçməmiş və hazırlıqları aşağı idi. Onlar Çaylı kəndinin yaxınlığına oktyabr ayının axırlarında dislokasiya edilmişdi. Bundan öncə dediyim, cəbhə boyu olan boşluqlara yerləşdirilən hərbi hissələrdən idilər. Onlar piyada deyildi, PDM-ləri vardı.
Ərazini tamamilə kəşfiyyat etmişdik, ermənilərin bütün mövqeləri aşkar edilmişdi, bu səbəbdən ərazidə hərəkət etmək bizim üçün təhlükəsiz və asan idi. Sizə keçən söhbətimizdə batalyon komandirimizin də iştirak etdiyi böyük əhəmiyyətli kəşfiyyat əməliyyatından danışmışdım, sonradan, briqada kəşfiyyat sonrası keçirəcəyimiz əməliyyatı bizlə razılaşdırmadan özbaşına və yarımçıq yerinə yetirmişdi. İndi biz bu kəşfiyyat əməliyyatları nəticəsində arxayınlıqla ərazidə irəliləyir və tam sərbəst nəzərdə tutulmayan əməliyyatları belə keçirməyə hazır idik. Bu səbəbdən də komandir əmr etdi ki, 130-u keçək və əraziləri özümüz nəzarətə alaq. Bu istiqamətdə irəliləyib, əvvəldən aşkar edilmiş erməni mövqeyindən aşağıda sol tərəfdə yolu nəzarətə götürdük. Hücum üçün mövqelərimizi tutduq və hazır vəziyyətə dayandıq. Biz iki bölüklə irəliləmişdik. İkinci bölük isə sağ tərəfdən hündürlükdən erməni mövqelərinin üst tərəfindən yaxınlaşdılar. Gizir Qafarov Əjdər yemək aparan iki ermənini müşahidə etdiyini söylədi. Dəqiq yerlərini və tam məlumatı əldə etmək məqsədi ilə onları izlədik. Digər bölük isə bizə xəbərdarliq etmeden hücuma başladı, beləliklə də döyüş başlamış oldu. Yarım saat ərzində ermənilər mövqeni qoyub, geri çəkildi. Diger bölükden bir nəfər - Robert yaralandı və bir əsgər şəhid verdik - Tofiq Ismayilov, bizim bölükdən isə bir əsgər şəhid oldu - Nesimi. Nəticə olaraq mövqe tutulsa belə bizim parametrlərlə əməliyyat uğurlu alınmadı çünki, itgimiz var idi. Bizim bu əməliyyatı itgisiz keçirməmiz lazım idi! Erməniləri də itgiyə məruz qoymuşduq, mövqelərində qan izləri vardı, lakin yaralı və meyidlərini aparmışdılar. 130 hələ də gəlib bizə yetişməmişdi, buna səbəb də komandir əmr verdi ki, bir qədər geri çəkilib, mövqe tutun və dayanın. Bu, artıq haqqında danışdığım payızda kəşfiyyat edilərək aşkarlanmış erməni mövqeləri idi ki, briqadadan gələn diversiya dəstəsi dərinə hərəkət edə bilməmiş və mövqe tamamilə məhv edilməmişdi. Biz payızda yarımçıq qalmış əməliyyatı qışda yerinə yetirmiş olduq. Artıq ərazidə ermənilərin mərmi anbarları və sairəni aşkarladıq, ələ keçirdik. Əməliyyat yerinə yetirilmişdi, ərazini tərk edib, yeni tapşırığa getməli idik.
Suqovuşan (Madaqiz) istiqamətində Tərtər çayının sağ sahili.
28 dekabr.
Ermənilər bizi müşahidə etdikdən sonra olduğumuz istiqamətdə tank və top atəşinə başladılar. Namiq (ləqəbi - Tampo) şəhid oldu, iki əsgərimiz də yaralandı. İstiqamətimizi dəyişməyə məcbur olduq. Orada 703-ü də gördük, onların da şəhid və yaralıları vardı. Bizim getməli olduğumuz istiqamət vurulurdu və yolumuzu dəyişmək istədiyimiz istiqamətdə 703 döyüş apardığı üçün biz geri qayıdıb, Talış istiqamətindən yenidən Suqovuşana tərəf hərəkətə başladıq. Gecəni orada qaldıq, səhər hərəkətə keçdik. Dekabrın 29-unda Suqovuşana üç istiqamətdən hücum başladı. Briqada da artıq Suqovuşana hücuma başlamışdı. Ermənilərin mərmi anbarlarını ələ keçirdiyimizdən onlar anbar olan əraziyə yaxınlaşa bilmirdi. Yalnız Suqovuşanın ətrafında mövqeləri qalmışdı. Kəndin çıxacağında bir mövqeləri vardı. Həmin post meşənin içində idi. Ümumi hücum başladıqdan sonra onlar Tərtər çayı boyunca Suqovuşan kəndinə tərəf qaçmağa başladılar. Biz həmin mövqelərdə iki top ələ keçirdik. Suqovuşan kəndinə tam yaxınlaşdırda yenidən hündürlüklərdən mərmi atəşinə tutdular. Mən qrupumla irəli keçmişdim. Burada da bizim arxada gələn qrupdan bir əsgərimiz Əlibala Zəgəryəyev şəhid oldu. Bizimkilər yuxarıda idi, Əlibala da qaçan erməniləri, mövqe tutaraq, vurmağa başlamışdı. Aşağıdan ermənilərdən onu vurmuşdular. Ümumiyyətlə, yuxarıda olan üçün aşağıda olanı vurmaq çətindir çünki, aşağıdakı kiçik görünür, amma aşağıdan duran yuxarida olanı asanlıqla vura bilir, o, hədəf olaraq iri görünür... Balaca boyuyla çox cəsur və qorxmaz oğul idi. PK (Kalaşnikov pulemyotu) daşıyırdı həmişə. Doğulduğu kənddə (Agyazi kendi) oxudugu mektebe onun adını veriblər, Azərbaycan Bayrağı ordeni ilə də təltif olunub. Onu itirməmiz balayon komandirinə də çox təsir etmişdi. Dəyərli, hazırlıqlı döyüşçülərimizdən biri idi...
3 gün ərzində 3 şəhid verdik, amma tapşırıqları yerinə yetirərək, mövqeləri tutduq. Artıq Suqovuşan tamamilə azad olunmuşdu. Mövqeləri möhkəmləndirdikdən sonra kəşfiyyat əməliyyatlarına başladıq. Növbəti tapşırığı gözləyirdik. 31 dekabrı biz orada keçirdik.
Bizim təhcizat bölüyü vardı. Ərzaq və texniki qurğuların batareyalarını təmin edirdi və həm də şəhid və yaralılarımız olduğunda biz döyüş ərazisindən çıxararaq onlara təhvil verir, onlar da ünvanına çatdırırdı. 31 dekabr onlar bizə bayram sovqatı gətirmişdilər...
Əmr gəldi ki, (1 yanvar) yuxarıda Goranboy batalyonu hücuma keçib, onlarla əlaqə yaratmaq və ərazini yoxlamaq lazımdır. Onlarla rabite elaqemiz yox idi. Bizim bölük hərəkətə başladı. Yolda atılmış köhnə maşına rast gəldik, ərazidə ermənilər özlərinə çör-çöpdən daxma düzəltmişdilər. Sonradan məlum oldu ki, 1992-ci il hücumlarında bizimkilər oradan keçməmişdi və ermənilər orada qalıb, yaşayırlarmış.
- Silahlı dəstələr, yoxsa mülki əhali?
- Orada mülki əhaliyə xas əşyalar çox idi, uşaq ayaqqabıları və sairə. Amma hərbi mülkiyyət olan sənədlər də tapmışdıq oradan.
Biz ərazini keçdik və tank motorunun səsi gəlirdiyini eşitdik. Səs hündürlükdən gəlirdi. Biz dayanıb, qulaq asdıq və danışığın azərbaycanca olduğunu gördük. Aydın oldu ki, bu, Goranboy batalyonudur. Ərazini azad edib, mövqelər tutublar. Biri də döyüşçülərin şəkillərini çəkirdi. Mən də onlarla tankın yanında şəkil çəkdirdim, əgər müsahibəni oxuyub, xatırlayarlarsa, şəkilimi göndərsinlər...
Onlar bir tankı qənimət olaraq ələ keçirmiş, ermənilər bir tank və PDM-i 150-200 m. aşağı dərəyə atmışdılar. Biz isə tapşırığı yerinə yetirərək ətrafı gəzdik və tamamilə bizim əlimizdə olduğundan əmin olduqdan sonra hissəyə qayıtdıq.
Suqovuşan (Madaqiz) kəndinin yaxınlığında bir alban kilsəsi vardı. Orada yerləşdik. Kilsənin girişində tikilidə divara təzə bir daş yerləşdirilmişdi. Üzərində erməniycə yazı vardı. Daşın oraya sonradan yerləşdirilməsi açıq-aydın bilinirdi. Bunu anlamaq üçün arxeoloq və tarixçı olmağa ehtiyac yox idi. Tikilidən əski daşı çıxarıb, öz yazıları həkk edilmiş, yeni əl işləri olan yazılı daşı yerləşdirmişdilər və mən əsgərlərimə dedim ki, baxın və bilin, ermənilər necə torpağımızda tariximizi saxtalaşdıraraq, özününküləşdirirlər! Alban kilsələrini saxtakarlıqla erməni kilsəsi etməyə çalışıblar. Yerləşdirilən daşın ən az 200-300 kg çəkisi olardı.
Bizə Dəstəgül kəndinə tərəf hərəkət edərək, yoxlamaq və mövqe tutmaq əmri verildi. Kəndə bir batalyon yerləşdiriləcəkdi. Gündüz vaxtı idi, biz 6 nəfərlə irəlilədik. Gərargah rəisi ilə əlaqə yaradaraq, məlumat verdim ki, biz kəndə tərəf hərəkət edirik.
Kəndin ərazisini kəşfiyyat etdik, bir ədəd erməniyə məxsus avtomat darağı tapdıq (üzərində erməniycə yazdığına onlara məxsus olduğunu bildik). Yerdə kağız-kuğuz və sənədlər də vardı. Onların burada olduqlarını müəyyənləşdirdik, lakin ərazini artıq tərk etmişdilər.
Dəstəgül kəndinə qalxan qrupumuzdakılar: gizirlər - Əjder Qafarov və Paşa (Паша – xidmətdə olduğu ücün adını çəkmirəm - Yalquzaq.), əsgərlər Rövşən Xəlilov və Yusif Cabbarov, çavuş Binyamin Mədətov və mən.
Biz mövqeləri yoxladıqdan sonra gərargah rəisinə məlumat verdik ki, ermənilər yoxdur. mövqeləri təhvil almalı olan bölük yuxarı qalxa bilər. Biz ərazini Mingəçevir batalyonuna təhvil verməliydik, kəşfiyyat əməliyyatından sonra. Qərargah rəisi mənə cavab verdi ki, batalyonun bir bölüyü ərazidə mövqe tutmaq ücün gəlib və indi onları yuxarıya göndərirəm, mövqeləri onlara təhvil-təslim etdikdən sonra geri qayıdın. Mən də bölüyü qarşılamaq ücün Binyamin Mədətovu aşağı göndərdim. Hərbi hissə yuxarıya za asta qalxırdı, ya da qalxmaqdan imtina etmişdi, biz anlamadiq. Hava artıq qaralmışdı və bu arada biz Binyamini də itirdik, onda rabitə yox idi. Biz onu axtarmaq ücün aşağı enə bilərdik, lakin mən buna izin vermədim. Qaranlıqda tanımadığımız ərazidə biz də aza bilər və uşaqları itirə bilərdim. Binyamindən isə arxayın idim. O, kənddə böyümüş və ləpirçilikdən (следопыт - izçi) yaxşı anlayırdı. Qərargah rəisi ilə əlaqə yaradıb vəziyyəti ona məruzə etdim və Binyamini tapmayınca geri qayıtmayacağımızı bildirdim. O, qərarımızı dəstəklədi. Biz gecəni dağda bir dərə tapıb orada yerləşdik, qalıb sabahın açılmasını gözlədik. Yüksəkliyə çıxmalı olan Mingəçevir bölüyü isə gəlib çıxmadı.
Nə yaxşı ki, Rövsənin cibində bir bloknot varmış, biz onun vərəqlərindən istifadə edərək çör-çöp yığıntısından kiçik bir ocaq qaladıq və ətrafına yığışdıq. Bizdən öncə belə bir hadisə 130-un iki neferinin baışna gəlmişdi. Azıb, qalmışdılar və qaranlıqda açıq ərazidə ocaq qalamışdılar. Ocaq isə belədir ki, açıq ərazidə qaranlıqda uzaq məsafədən aydın seçilir. Bu ərazi isə əsasən axşam və sübh çaglarında dumanlı olur. Duman olan vaxt isə alov çox daha yuxarı qalxır və aydın görünür. Təsəvvür edin ki, dumanda bir kibrit dənəsini və ya siqareti yandəranda uzaqdan böyük ocaq təsəvvürü yaradır, bu qədər effektə malikdir.
Səhər Qərargah rəisi bizlə əlaqə yaradıb, xəbər verdi ki, Binyamin qayıdıb hərbi hissəyə. Biz arxayın geri qayıtdıq. Bizim hərbi hissənin təyinatı mövqelərdə dayanmaq deyildi, həm də mövqedə dayanmaq ücün sayımız çox az idi. Yüksəkliyi tərk etdiyimiz ana qədər də Mingəçevir batalyonu yüksəkliyə gəlib cıxmamışdı...
Biz çox yorğun idik. Bir sutkaya yaxın ac idik, üst-baçımızı da qaratikan kolları cırıb, tökmüşdü. Biz hissəmizə çatanda komandir müavini üstüme yeridi, yaralanmısan? - deye sorusdu, amma cavab verdim ki, hec kəs yaralı deyil.
Bunlar yanvarın 1-də baş vermişdi. Biz hərbi hissəmizə verilən tapşırığı yerinə yetirmişdik və gərargaha - Tərtərə qayıtdıq.
Könül Sərdarlı