Haqqın yolunu tapan millət vəkili - Fəzail İbrahimli
12-10-2015, 15:27
Seçicisinə quru vəd verib problemini həll etməyən mandatından istifadə edib özünə şərait yaradan saxta müaxlifətçi deputat - Fəzail İbrahimli
AzFakt.com-a daxil olan məlumata görə 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən namizədliyi 4 cü dəfə VHP-dən irəli sürülən millət vəkili Fəzail İbrahimli yaxınları ilə keçirdiyi toplantıda artıq özünü deputat elan edib.
Belə ki, millət vəkili adıçəkilən dairədə rəqiblərinin onun seçilməsi üçün çalışacağını və hakim Yeni Azərbaycan Partiyasının namizədi Etibar Sadıqovun formal olaraq irəli sürüldüyünu açıq aşkar bildirib.
Kimdir Fəzail İbrahimli
Fəzail İbrahimlinin bioqrafiyasında onun 1951 - ci ildə Yardımlı rayonun Çanaqbulaq kəndində anadan olduğu və orta təhsilini başa vurduqdan sonra, 1969-cu ildə Bakıya gələrək 1973-cü ilədək Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsində ali təsil aldığı yazılır.Universiteti bitirdikdən sonra təyinatla Yardımlıya müəllim kimi göndərilib. Həmçinin 1982-ci ildən Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışdığı və 1989-cu ildən 1991-ci ilədək Azərbaycanın müstəqilliyi uğrunda aparılan siyasi mübarizənin iştirakşısı olduğu qeyd olunub. 2000, 2005, 2010-cu illərdə keçirilən parlamant seçkilərində VHP-dən Milli Məclisə deputat seçilib. AzFakt.com olaraq Fəzail İbrahimlinin parlamentdə fəaliyyəti və seçiciləri arasındakı reytinqi ilə bağlı kiçik bir araşdırma apardıq.
Seçicisinə quru vəd verib probleminin həll etməyən deputat
Fəzail İbrahimlinin ilk dəfə 2000-ci ildə millət vəkili seçildiyi zaman ölkədə demokratik müxalifətin güclü olduğu dövrələrə təsadüf edir. O zamanlar VHP sədri Sabir Rüstəmxnlının kölgəsi altında müxalifətin tədbirlərində, iclaslarında mitinqlərdə azda olsa görünürdü. Həmin 5 ildə seçiciləri Fəzail İbrahimlinin onlarla hər hansı bir görüşünü xatırlamırlar.Yalnız rayonda İbrahimlinin tanıdığı şəxslərin xeyir və şərində vətəndaşlar onu millət vəkili kimi görüblər. Dəfələrlə problemləri ilə bağlı İbrahimliyə şikayət edən vətəndaşlar yalnız onun quru vədini eşitdiklərini deyirlər.
Özünü müxalifətçi kimi göstərmək istəyən Fəzail İbrahimli
2005-ci ildə növbəti dəfə parlamentə düşən F.İbrahimli bu dəfə əsas müxalifətin əzildiyini, zəiflədiyini gördükdən sonra Milli Məclisdə “radikallaşmağa” başladı. VHP üzvü kimi bir neçə dəfə radikallıq göstərməyə cəhd etdi, lakin anında cavbını aldığı üçün susmağa üstünlük verdi. Hətta parlament iclaslarının birində iqtidardan olan deputat ona “bizim hesabımıza mandat əldə etdiyini deyəsən yaddan çıxartmısan” mesajını verdi. Heç vaxt səmimi müxalifətçi olmayan və hər zaman ortada qalaraq güclü tərəfə əyilməyi yaxşı bilən Fəzail İbrahimli 5 illik məclis üzvülüyünü Avropa parlamentini gəzməklə, sakitcə başa vurdu. Həmin illərdədə onun seçildiyi ərazinin sakinlərinin hər hansı bir probleminə hər hansı bir köməklik göstərmədiyi deyilir.
Haqqın yolunu tapan millət vəkili
2010-cu ildə üçüncü dəfə parlamnetə düşən bu dəfə Milli Məclisə ab-havanın tamam başqa cür olduğunu görən Fəzail İbrahimli ona verilən mandatdan isifadəe tməyə başladı. 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən olan bir çox vətəndaşlar bildirirlər ki, Fəzail İbrahimli sonuncu dəfə bizim yox öz qohum əqrabasının, tanışının deputatı kimi fəaliyyət göstərib. Üç rayonu özündə birləşdirən dairənin millət vəkili olan F.İbrahimli həmin rayon icra hakimiyyətlərindən yalnız öz qohum əqrabasının problemlərinin xahişini etdiyid eyilir. Halbuki həmin dairədə yüzlərlə seçicinin sosial problemləri var idi və indidə qalmaqdadır. Ancaq haqqın yolunu tapana millət vəkili öz şəxsi maraqları naminə yüzlərlə seçicini yadından çıxardıb.
Milllətin vəkili adı altında özünə şərait quran millət vəkili
Cəlilabad sakinləri iddia edirlər ki, Fəzail İbrahimli vaxtı ilə icra başçısından ailə üzvülərinin birinin adına 100 hektara yaxın topraq sahəsi alıb. İndidə həmin ərazinin ətrafındakı topraq sahələrini satın almaqla məşğuldurlar. Deputatın icra başçısından aldığı torpaq sahəsində böyük heyvandarlıq təsərrüfatı yaratdığı deyilir.
Nə ətdir nə balıq
Parlamentdəki bəzi millət vəkillərinin necə deputat olması ilə bağlı apardığımız sorğuda Fəzail İbrahimli haqqında heçdə yaxşı rəylər verilmədi. Hərkəs onu dırnaqarası müxalifət, ömür boyu Sabir Rüstəmxanlının kölgəsində gizlənən bir şəxs kimi təqdim etdi. Milli Məclisin iclaslarında isə bəzi qanunların qəbulu zamanı özünü “müxalifətçi” kimi göstərməyə çalışan Fəzail İbrahimli əslində nə ətdir nədə balıq.
İbrahimli partiyasının qərəgahına niyə gəlmir?
Aldığımız məlumata görə günə 20 yaxındır ki, Fəzail İbrahimli pariyasının qərəgahına gəlmir. Bunu seçkiyə başının qatışdığı və rayonda olması ilə əlaqələndirsədə əslində məsələ tamam başqadır. Belə ki, VHP sədri Sabir Rüstəmxanlının seçkilərdə iştirak etməməsi və sədrə qarşı bəzi təzyiqlərin olmasını görən Fəzail İbrahimli aylarla gəlib getdiyi qərargahına indi üz tutmağa qorxur. Deputatın əsas qorxusu isə mandatından məhrum olması üzləşməsidir.
Ətrafındakılar yaxşı bilirlər ki, F.İbrahimli mandatdan ötrü partiyasını belə satmağa hazırdı. Ancaq son 5 gündə F.İbrahimlinin özünü rahat aparması və yaxın adamlarına məsələnin 90 faizinin həll olunduğunu deməsi isə o, anlama gəlir ki, deputat yenidən ona mandat verilməsi bazarlığını bacara bilib. Qeyd edək ki, Fəzail İbrahimlinin millət vəkilliyindən istifadə edərək Yardımlıda, Cəlilabdda torpaq sahələri və obyekt yerləri alması iləbağlı araşdırmamız davam edir. Yaxın günlərdə deputatın hansı qohumlarının adına neçə obyekt almasını oxucularımıza təqdim edəcəyik.