"Hazırda ölkədə təbii qaza gündəlik tələbat 20 mln. kubmetrdir" - SOCAR-ın vitse-prezidenti

16-11-2018, 19:13           
"Hazırda ölkədə təbii qaza gündəlik tələbat 20 mln. kubmetrdir" - SOCAR-ın vitse-prezidenti
Hazırda Azərbaycanda təbii qaza olan gündəlik daxili tələbat 20 mln. kubmetr təşkil edir.

“Report”un məlumatına görə, bunu SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanov bu gün “Azəriqaz” İstehsalat Birliyində keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, bu həcmin 10,2 mln. kubmetri Bakı əhalisinin, qalan 9,8 mln. kubmetri isə regionların əhalisinin qazla təminatına sərf edilir.

O bildirib ki, bundan başqa, gündəlik 6 mln. kubmetr qaz SOCAR tərəfindən Gürcüstanın qazlaşdırılmasına, yerdə qalan həcmlər isə digər ölkələrə ixrac edilib.

O qeyd edib ki, keçən ilə nisbətən Azərbaycanda əhalinin təbii qaz tədarükü ilə bağlı vəziyyət xeyli yaxşılaşıb: “Bütün bunlar SOCAR-ın dənizdə və quruda apardığı hasilatla bağlıdır. “Şahdəniz” yatağından əlavə qaz həcmləri alınaraq “Azəriqaz”a verilib. Bundan başqa, “Bulla-dəniz” yatağında qazılan yeni quyular imkan verəcək ki, ölkəni daha yaxşı və keyfiyyətli qazla təmin edək".

SOCAR-ın vitse-prezidenti qeyd edib ki, keçən ilə nisbətən SOCAR artıq yeraltı qaz anbarlarına 500 mln. kubmetr artıq qaz vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru