Putin İŞİD-lə mübarizədə müttəfiq axtarışında

16-10-2015, 20:23           
Putin İŞİD-lə mübarizədə müttəfiq axtarışında
“Biz imkan verə bilmərik ki, Suriyada döyüşən İŞİD üzvləri əldə etdikləri təcrübəni bizim ölkələrimizdə tətbiq etsinlər”.

ANS PRESS-in məlumatına görə, bu sözələri MDB dövlət başçılarının Qazaxıstanda keçirilən iclasında Rusiya prezidenti Vladimir Putin deyib.

"Rusiyadan və Müstəqil Dövlətlər Biliyinə (MDB) daxil olan ölkələrdən təxminən yeddi min vətəndaş İŞİD terror qruplaşmasının tərkibində vuruşur. Biz imkan verməməliyik ki, onlar bizim ölkələrimizə qayıtsınlar. Ona görə də, beynəlxalq terorizimə qarşı vuruşmaq lazımdır”.

Putin bildirib ki, Suriyada terrorçulara qarşı mübarizədə böyük nailiyyətlər əldə edilib.

"Suriyada qabaqcadan müyyənləşdirmiş hədəflərə havadan və dənizdən zərbələr endirilib. Terrorçuların silah-sursatları və anbarları məhv edilib. Yüzlərlə terrorçu öldürülüb. Buna görə də biz böyük koalisiyalar yaratmaqla ekstremistlərə və terrorçulara qarşı mübarizəni dəstəkləyirik”, - deyə Putin bildirib.

Putinin bu çıxışında hiss edilən narahatlığa əsaslar var. Çünki bir müddət əvvəl Rusiyanın Daxili İşlər naziri Vladimir Kolokolsev açıqlamasında bildirib ki, ölkəsindən İŞİD terror qruplaşmasının tərkibində 1800-dən çox silahlı döyüşür.

Açıqlamada bildirilir ki, İŞİD-in tərkibində vuruşan silahlıların 8%-ni Rusiya vətəndaşları təşkil edir.

Bu ilin iyul ayında terror təşkilatı Şimali Qafqaz regionunda “Qafqaz Əmirliyinin” tərkibində “Qafqaz Vilayəti” qurduğunu elan etmişdi. Təşkilat bununla da ilk dəfə Şimali Qafqazdan olan döyüşçüləri öz sıralarına qəbul etdiklərini etiraf etmişdilər.

İŞİD-in ən güclü komandirləri Doku Umarovun dostu Aslan Byutukayev və çeçen əsilli gürcü Ömər Əl-Şişani ləqəbi ilə tanınan Tarhan Batiraşvilidir. 2014-cü ildə Ömər Əl-Şişaninin döyüşlərin birində öldürüldüyü xəbəri yayıldı.

İŞİD təhlükəsini hiss edən Putinin çıxışında yeni müttəfiq tapmaq axtarışı öz əksini tapır. Çünki Putin “biz böyük koalisiyalar formalaşmasını, ekstremistlərə və terrorçulara qarşı mübarizəni dəstəkləyirik” deyib. İŞİD-lə mübarizəyə ən çox ehtiyacı olan regionlardan biri də Orta Asiyadır.

Çünki bir müddət əvvəl açıqlanan rəqəmlərə əsaslansaq, Suriyada “Əl-Nusra” terror qruplaşmasının sıralarına Özbəkistan və Tacikistandan təxminən 1500 nəfər döyüşçü qoşulub. Yeni qoşulan döyüşçülər artıq qruplaşmaya sədaqət andı içiblər. “Əl-Nusra” həm Bəşər Əsəd rejiminə qarşı, həm də İŞİD silahlılarına qarşı mübarizə aparır.

Orta Asiya respublikalarında əhalinin İŞİD-in ideyalarına müsbət yanaşması və fəal şəkildə təşkilatın sıralarına qoşulması müşahidə olunur. Sosial-iqtisadi vəziyyəti aşağı olan ölkələrdə əsasən iş tapa bilməyən vətəndaşlar İŞİD və “Əl-Nusra” kimi terror təşkilatlarına qoşulurlar. Onlar əsasən ölkədən Rusiyada işləmək adı ilə çıxır, Rusiyadan isə Suriya, yaxud İraqa yollanır.

Bir müddət əvvəl Tacikistan xüsusi xidmətinin keçmiş rəisi Qulmurod Xalimov İŞİD terror qruplaşmasına qoşulub. Dövlət idarəsində işləyən bir şəxsin terrorçulara qoşulması Orta Asiyada böyük təlaşa səbəb olub və vəziyyətin nə qədər gərgin olduğunu ortaya çıxarıb. Orta Asiyada digər təhlükə isə uşaqların terror təşkilatlarına qoşulmasıdır.

Diskrimansiya, ədalətsizlik və ağır əmək şəraiti Mərkəzi Asiya miqrantlarının İŞİD-ə qoşulmasına öz video müraciətində Qulmurod Xalimovda toxunub. Qulmurod Xalimov öz video müraciətində üzünü birbaşa həmin miqrantlara tutub: "Rusiyada işləyərək siz kafirlərin qullarına çevrilirsiz.Cihad edin, İŞİD-ə qoşulun". Bu isə bölgə dövlətlərini narahat etməyə bilməz. Ona görə də Rusiya prezidenti terrorçuluğa qarşı mübarizəyə yeni müttəfiqlər cəlb etmək istəyir.

Rusiya ərazisindən İŞİD-ə qoşulan silahıların çox hissəsi ölkənin ən həssas regionlarından olan Şimalı Qafqazın və onun ətrafında olan regionların payına düşür. Baş verən hadisələr hazırda sakitliyin hökm sürdüyü Şimali Qafqazda yeni bir qarşıqlığın yaranmasına gətirib çıxara bilər. Çünki 90-cı illərin əvvələrində Çeçenistanda baş verən müharibədə dini və etnik amillər üstünlük təşkil edirdi.

Hazırda İŞİD-in tərkibində vuruşanların əksəriyyəti dini idealogianın axasınca gedirlər. Rusiya höküməti hər vəclə İŞİD-ə qoşulmaq üçün ölkədən çıxmaq istəyən vətəndaşlarının qarşısını almaq istəyir. Rusiya İŞİD-lə mübarizə üçün Suriya ərazisini bir neçə gündür ki, bombalayır.

Rəsimi açıqlamalarda hava zərbələri nəticəsində silahlıların tutduqları ərazilərdən geri çəkildikləri bildirilir. Amma iqtisadi vəziyyəti çətin olan Rusiyanın mübarizəni sona qədər apara biləcəyi sual altındadır. Buna görə də Putin çıxışı zamanı "biz imkan verməməliyik ki, onlar bizim ölkələrimizə qayıtsınlar" deməklə yeni dayaq axtarışında olduğunu ortaya qoyur.

Mübarizə aparılsa da terrorçuluq regionun problemi olaraq qalır. Terrorçuluğun güclənməsi regionda Rusiyanın, Orta Asiyanın problemi olduğu qədər Azərbaycanın da problemi olduğu istisna edilmir. Çünki ölkəmizdən də İŞİD silahlılarına qoşulan şəxslər var. Milli Təhlükəsizlik Nazirliyi mütamadi olaraq silahlılara qoşulan azərbaycanlılara qarşı əməliyyatlar həyata keçirilib. Bu gündə qanunsuz silahlı birləşmələrdə döyüşən Azərbaycan vətəndaşları həbs edilib.

Sentyabr ayının 22-də də Milli Təhlükəsizlik Nazirliyi (MTN) Suriyada və İraqda döyüşlərdə iştirak edən 5 nəfəri tutmuşdu. Azərbaycan Respublikasının vətəndaşları -Zaur Naib oğlu Heydərov , Elbrus Nurməmməd oğlu Əzizov , Vaqif Musa oğlu Talıbov , Rufan Şərəfəddin oğlu Ağcabəyov və Elşən Aydın oğlu İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.