Diaspora sədri xəbər saytından şikayətçi düşdü - Müraciət

8-02-2019, 12:37           
Diaspora sədri xəbər saytından şikayətçi düşdü - Müraciət
Dünya Azərbaycanlıları Assambleyası Prezidenti Rəşad Quliyev Azərbaycan Mətbuat Şurasının sədri, Millət vəkili, Əflatun Amaşova müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir:

"Hörmətli Əflatun müəllim, Məlumunuz olsun ki,”Gündəlik Teleqraf” Holdinqinə daxil olan axar.az saytında 07.02.2019 tarixində “Azərbaycanlı diaspora sədri Almaniyadan qovuldu” başlığı ilə haqqımda böhtan xarakterli yazı getmişdir. Belə ki, yazıda iddia olunur ki, guya mən hansısa “cinayət” əməlimə görə , İntiqam Əliyev adlı şəxsin müraciəti əsasında Almaniya Federativ Respublikasından deport edilmişəm. Bildirməliyəm ki, Almaniya Federativ Respublikası ərazisində hər hansı şikayətlə kiminsə ölkədən deport edilməsi halı bugünə qədər mövcud olmamışdır. Dolayısı ilə haqqımda yazılan xəbər böhtan xarakteri daşıyır və bu növbəti dəfə «AZƏRBAYCAN JURNALİSTLƏRİNİN PEŞƏ DAVRANIŞI QAYDALARI»nın birbaşa pozuntusudur. Məlumatı yayan axar.az saytı haqqımda qərəzli, birtərəfli və qeyri obyektiv məlumat yaymışdır. Bu ilk belə hal deyil.

Axar.az və Gündəlik Teleqraf Media Holdinqinə daxil olan xəbər saytlarında haqqımda dəfələrlə qərəzli, böhtan xarakterli yazılar gtmişdir, hazırda bu qara piar kampaniyası davam etməkdədir. İlk müraciətimə Şuranın Şikayətlərin Araşdırılması üzrə Komissiyasında baxılıb bu media holdinqi barəsində ciddi ölçü götürülsəydi, bugün bu mənzərə ilə təkrar qarşılaşmazdıq. Bir daha xatırlatmaq istəyirəm ki, haqqımda bu məlumat hazırlanarkən mənim mövqeyim nəzərə alınmamış , məlumat rəsmi mənbəyə (Almaniya Federativ Xaricilər İdarəsinə) istinad edilməmişdir.

Qeyd edim ki, haqqımda axar.az saytının 07.02.2019 tarixli “Azərbaycanlı diaspora sədri Almaniyadan qovuldu” başlıqlı yazısında üzləşdiyim böhtanla əlaqədar olaraq qeydiyyatda olduğum Almaniya Xaricilər İdarəsinə sorğu göndərmiş, məsələyə rəsmi aydınlıq gətirilməsini rica etmişəm. Bir neçə gün içərisində Xaricilər İdarəsindən əldə edəcəyim məlumatı sizlərin də diqqətinə təqdim edəcəyəm.

Sizə təkrar müraciət edərək, dəfələrlə peşə etikasını pozduğuna, şəxsi və işgüzar nüfuzuma Gündəlik Teleqraf Media Holdinqi haqqında ciddi ölçü götürülməsini sizdən rica edirəm".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.