Bakıda tələbələri al-qana bulayanlarla bağlı YENİ MƏLUMAT

1-03-2019, 12:03           
Bakıda tələbələri al-qana bulayanlarla bağlı YENİ MƏLUMAT
Bakıda tələbələrin bıçaqlanması ilə bağlı cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Binəqədi rayonu, Aydınbəyov küçəsində 3 tələbənin bıçaqlanması ilə bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

İstintaq hərəkətləri aparılır və cinayəti törədən şəxslərin saxlanması ilə bağlı tədbirlər həyata keçirilir.

Qeyd edək ki, kütləvi dava zamanı Zili Əliyev, Möhübbət Vəlizadə, Abbas Zeynalov bıçaqlanıb, Əhmədiyyə Rzayev isə döyülüb.

Onu da qeyd edək ki, bıçaqlanan şəxslər Memarlıq və İnşaat Universitetinin tələbələridir.



08:57

Binəqədi rayonunda 9 tələbənin iştirakı ilə kütləvi dava olub.

ONA-nın xəbərinə görə, hadisə Azadlıq metrosunun yaxınlıqdakı parkda baş verib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin ikinci kursunda təhsil alan 9 gəncin mübahisəsi qanlı sonluqla bitib. Dava zamanı 1999-cu il təvəllüdlü Əliyev Zili Elman oğlu, 1999-cu il təvəllüdlü Vəlizadə Möhübbət Rüfət oğlu və 1999-cu il təvəllüdlü Zeynalov Abbas Mehdi oğlu bıçaqlanıb. 2000-ci il təvəllüdlü Rzayev Əhmədiyyə Vüqar oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşları tərəfindən 4 nəfər saxlanılıb.

Qeyd edək ki, M.Vəlizadənin vəziyyəti ağırlaşıb. O, özəl xəstəxanaların birinə yerləşdirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.