Azərbaycanda problemli kreditlərlə bağlı məsələnin məhz bu il həll edilməsinin səbəbi açıqlanıb - ABM sədri izahat verir

1-03-2019, 16:54           
Azərbaycanda problemli kreditlərlə bağlı məsələnin məhz bu il həll edilməsinin səbəbi açıqlanıb - ABM sədri izahat verir
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov fiziki şəxslərin problemli kreditləri ilə bağlı məsələnin məhz 2019-ci ildə həll edilməsinin səbəbini açıqlayıb.

“Report”un məlumatına görə, baş bankir bu barədə Real TV-də danışıb.

“Dollar kreditləri ilə bağlı məsələ vətəndaşların sosial-iqtisadi problemlərinin ilk 3-lüyünə düşə biləcək problemdir. Bununla bağlı ciddi ictimai müzakirələr gedirdi. Bu məsələnin həlli ciddi hazırlıq tələb edirdi. Hesab edirəm ki, manatın devalvasiyasından sonrakı müddət ərzində dollar kreditləri problemi heç vaxt prezidentin siyasi gündəliyindən çıxmayıb. Nəyə görə indi? Sadəcə bunun üçün iqtisadiyyat sabitləşdirmək, onu yeni reallıqlara, neft qiymətlərinə uyğunlaşdırmaq və dayanıqlılığını təmin etmək lazım idi. İqtisadi məntiq bunu tələb edir. 70 mlrd. manatlıq iqtisadiyyatı yeni əsaslara, yeni platformaya keçirmək asan məsələ deyildi. 2018-ci ilin sonlarından ilk nəticələri görməyə başladıq və belə genişmiqyaslı problemə yeni yanaşma nümayiş etdirməyə imkan verdi”, - deyə o, qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru