“Google”xərçəngi həkimlərdən daha yaxşı aşkar edir

22-05-2019, 08:26           
“Google”xərçəngi həkimlərdən daha yaxşı aşkar edir
Süni intellekt əsasında işləyən diaqnostika sistemləri ağciyər xərçəngini sertifikatlaşdırılmış həkimlərlə müqayisədə daha yaxşı aşkar edir.

Teleqraf.com xəbər verir ki, “Google”un mühəndisləri tərəfindən ABŞ-da bir sıra tibbi mərkəzlərin iştirakı ilə keçirilmiş araşdırmaya əsasən, kompüter alqoritmləri 94% halda xərçəng xəstəliyinin əlamətlərinə düzgün diaqnoz qoyur.

“Google”un neyron şəbəkəsi ağciyər xərçəngi aşkar edilmiş pasiyentlərin nümunələri üzərində təlim etdirilib. Ötən il bu xəstəlikdən ABŞ-da 160 min və dünyada 1,7 milyon nəfər ölüb.

Ancaq “Google”un neyron şəbəkəsi hələ ki kliniki tədqiqatlarda istifadəyə hazır deyil. "Biz bu texnologiyanın kliniki təcrübədə səmərəli tətbiqi üçün dünyadakı bütün müəssisələrlə əməkdaşlıq edirik" – “Google”un layihə meneceri Daniyel Se deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru