"Qara qızılla" bağlı ümidlər alt-üst oldu

10-11-2015, 16:30           
"Qara qızılla" bağlı ümidlər alt-üst oldu
“Qara qızılın” bir barrelinin qiyməti 80 dollara 2020-ci ildən tez çatmayacaq.

ANS PRESS-in məlumatına görə, bu pronoz Beynəlxalq Energetika Agentliyinin (BEA) illik hesabatında verilir.

BEA-nın icraçı direktoru Fatih Birolanın fikirincə, 2015-ci ilin yekunlarına dair neft sahəsinə investisiyalar 20%-ə qədər azalacaq və bu tendensiya gələn il də davam edəcək ki, bu da neft bazarına təsirsiz ötüşməyəcək.

Agentliyinin mütəxəsislərinin proqnozlarına görə, sutka ərzində neftə olan tələbat hər il 900 min barellədək artacaq və bu göstərici 2040-cı ildə 103,5 milyon barrelə çatacaq. Tələbatın yüksəlməsinə həmçinin Çinin enerji istehlakının artması da təsir göstərir. Analitiklərin məlumatına görə, bu ölkəninin göstəriciləri 25 ildən sonra ABŞ-ın anoloji göstəricilərini iki dəfə üstələyə bilər. Hazırda iqtisadiyyatında artım qeydə alınan Hindistandan da neft bazarına təsir göstərə bilər.

BEA-nın hesabatında həmçinin, neftin qiymətin uzun müddət aşağı olmasını nəzərdə tutan ssenari də təqdim olunub. Bazardan yüksək xərcli xammal istehsalçılarının çıxarılması Yaxın Şərq ixracatçılardan asılılığı azalda bilər.

2016-cı ildə neftə olan gündəlik tələbatın aşağı düşməsini BEA mütəxəsisləri bütün dünyada iqtisadiyyatın artım tempinin zəifləməsi ilə əlaqələndirirlər.

Daha əvvəl Küveytin OPEK-dəki nümayəndəsi Məhəmməd əş-Şatti bəyan edib ki, dünya bazarında “qara qızılın” həddən çox olması yaxın 5 il ərzində davam edəcək, çünki Yaxın Şərqdən olan xammal istehsalçıları neft hasilatını artırmaqda davam edirlər.

Bu həftənin əvvəlində neftin qiyməti artmağa başlayıb. Brent neftinin London birjasında qiyməti hazırda 48 dollar ətrafında dəyişir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru