Qəbələdə toyda kütləvi zəhərlənmə: 72 nəfər... - YENİLƏNDİ

6-08-2019, 07:45           
Qəbələdə toyda kütləvi zəhərlənmə: 72 nəfər... - YENİLƏNDİ
Qəbələ rayonu Zərgərli kəndində keçirilən toy mərasimi zamanı qonaqlardan 72 nəfəri qidadan zəhərlənib.

Zəhərlənən şəxslərdən 40 nəfəri Qəbələ rayon Mərkəzi Xəstəxanasına, 32 nəfəri Qəbələ Diaqnostika Mərkəzinə yerləşdirilib.

***

5 avqust 23:04

Hazırda daxil olmuş məlumat əsasında agentliyinin mütəxəssislərindən ibarət işçi qrupu araşdırmalara başlayıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva Axar.az-a açıqlamasında bildirib.

Məlumata əsasən, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

***

19:30

Qəbələnin Zərgərli kəndində keçirilən toyda kütləvi zəhərlənmə olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, 26 nəfər Qəbələ Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Onlara lazımi tibbi yardım göstərilib. Faktla bağlı hüquq-mühafizə orqanlarına və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib. Hazırda xəstəxana gücləndirilmiş rejimdə işləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru