Vanqa dünyanın axırının neçənci ildə gələcəyini deyirdi: Hər yeri su basacağını söyləmişdi

24-09-2019, 06:44           
Vanqa dünyanın axırının neçənci ildə gələcəyini deyirdi: Hər yeri su basacağını söyləmişdi
Məşhur bolqar ekstrasens Vanqanın proqnozları zamanla bütün dünyada müzakirə olunur. Görmə qabiliyyətini itirmiş qadın ayrı-ayrı fikirlərində dünyanın axırı haqda danışmışdı.
Bizimyol.info xəbər verir ki, yenə Vanqanın planetin sonu haqda proqnozları sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Müzakirələrdə 23 il əvvəl vəfat etmiş ekstrasensin 2378-ci ilə işarə vurduğu bildirilir. Yazılanlara görə, Vanqa Yer kürəsini asteroidin sıradan çıxaracağını söyləmişdi. Guya hər yeri su basacaq, beləcə, insanlığın sonu gələcək.

Bir müddət əvvəl amerikalı medium Edqar Keysi buna oxşar proqnoz irəli sürmüşdü. O, dünyanın axırının daha tez gələcəyini bildirmişdi. Keysi cəmi 101 ilimizin qaldığını iddia edirdi. Yəni dünyanın sonunun 2120-ci ildə gələcəyini deyirdi. Amerikalı bəlanın zəlzələdən doğacağını söyləmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.