Neft Fondunun aktivlərinin tükənməsinin qarşısı alınır - ARDNF

24-09-2019, 18:15           
Neft Fondunun aktivlərinin tükənməsinin qarşısı alınır - ARDNF
Beynəlxalq Valyuta Fondu (İMF) növbəti illər üçün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) illik orta gəlirlərinin qeyri-neft Ümumi Daxili Məhsuldakı (ÜDM) payının proqnozlarını açıqlayıb.

“Report” İMF-in hesabatına istinadən xəbər verir ki, bu ilin sonuna ARDNF-in gəlirlərinin qeyri-neft ÜDM-dəki payı 32,1% olacağı proqnozlaşdırılır. 2020-ci ildə ARDNF-in gəlirlərinin qeyri-neft ÜDM-dəki payı 29,8% təşkil edəcək.

İMF-in hesablamalarına əsasən, ARDNF-in 2021-ci ildə gəlirlərinin qeyri-neft ÜDM-dəki payı 28,5% olacaq. Proqnozlara əsasən, 2022-ci ildə bu rəqəm 26,7% olacaq.

Dövlət Neft Fondunun gəlirlərinin qeyri-neft ÜDM-dəki payı 2023-cu ildə 25,2% olacağı, 2024-cü ildə isə Valyuta Fondunun proqnozuna əsasən, bu göstərici 23,9% olacağı gözlənilir.

ARDNF-dən bu məsələ ilə bağlı “Report”a verilən açıqlamada deyilir ki, Dövlət Neft Fondunun gəlirlərinin qeyri-neft ÜDM-dəki payının növbəti illər üzrə azalması müşahidə edilir ki, bu da müsbət hal kimi qiymətləndirilməlidir.

"Digər tərəfdən bildirilməlidir ki, 2018-ci ildən etibarən neft gəlirlərindən xərcləmələri tənzimləyən fiskal qaydanın tətbiqinə başlanılıb ki, bu qaydaya əsasən, hər il üzrə icmal büdcə xərcləri, o cümlədən xərclənə bilən neft gəlirlərinin yuxarı həddi ölkənin xalis maliyyə aktivləri əsasında müəyyən olunur ki, xərclənə bilən neft gəlirləri xalis maliyyə aktivlərinin (XMA) 30 faizindən çox ola bilməz: “Bu qaydanın tətbiqi ilə nəticə etibarilə XMA-nın tərkibinə daxil olan Neft Fondunun aktivlərinin tükənməsinin qarşısı alınır və tədricən iqtisadiyyatın neft gəlirlərindən asılılığının azalmasına şərait yaranır”, - Neft Fondundan bildirilib.

ARDNF-dən qeyd ediblər ki, bu qaydanın tətbiqinin nəticəsi olaraq 2018-ci ildən etibarən Fondun aktivlərində artım müşahidə edilir: “2019-cu ilin əvvəlinə 38,5 mlrd ABŞ dolları təşkil edən Fondun aktivləri iyunun 30 tarixinə 42,5 mlrd ABŞ dolları, yaxud 11 faizə qədər artıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru