Raqqada İşid-in ABŞ mühəndisliyi

30-11-2015, 14:37           
Raqqada İşid-in ABŞ mühəndisliyi
Bu günlər İŞİD və xilafət mərkəzi, Suriyanın şimalında yerləşən Raqqa, müxtəlif hadisələrin baş verməsinə görə, ABŞ və müttəfiqlərinin diqqətini özünə sarı çəkibdir. İşidin Fransada baş verən qanlı hadisələrdə ittiham olunmasından sonra, Fransanın Rafael qırıcı təyyarələri, Raqqa şəhərində bu qrupun pozisiyonlarını bombardman etdilər. Neçə həftə öncə isə antı-İŞİD koalisiyasının qırıcı təyyarələri ABŞ-ın başçılığı ilə, Əbu Bəkr əl-Bağdadinin müxaliflərinin pozisiyalarını hədəfə aldı. Əl Bağdadidən narazı olan İŞİD-in bəzi başçıları Raqqada “Mələb Bələd” iqamətgahında 11 ci bölgə adlanan yerdə toplaşmışdılar. Bu silahlı dəstələrin komandirləri Bağdadidən rəsmən ayrıldıqlarını elan etməli idilər.
Lakin ABŞ və müttəfiqləri bu məkanı bombardman edərək bu rəhbərləri məhv etdi. Əbu Həmzə Əl-Vəlli, Əbu Əli Əl-Ambar, Vəli Əl-Tabaqa və Əbu Üns Əl-İraqi İşidin təminat məsulu və Türkiyə servisilə birgə Misirə silahlı şəxslərin göndərmə məsulu həlak olanlardan idi.
TEREF.İNFO Ərəbiyya.coma istinadən yazır ki,həmçinin bu hücumdan sonra, “11-ci bölgə” ətrafında, İşidçilər arasında silahlı qarşıdurma baş verdi. İŞİD- daxilində baş tutmalı olan və əl Bağdadini taxtdan salacaq olan bu qiyamın 1 nömrəli adamı Hamid Əl-Dəlimi zornan Raqqada canını qurtara bildi. Lakin Hamid Əl-Dəlimi şəhərdən çıxardılaraq daha təhlükəsiz olan Səd Əl-Bəs bölgəsinə daxil olarkən Dəlimi və 3 yoldaşının avtomobili ABŞ-ın idarə olunan raketi ilə vuruldu və onlar həlak oldular.
Burada qarşımıza bir sual çıxır. ABŞ İŞİD-ilə müttəfiqdirmi? Deyəsən MKİ-nin İŞİD-in rəhbərliyində rolu biz bildiyimizdən daha böyükdür. Görünür MKİ- nin başı bilənləri İŞİD-in ayaq üstə qalmasında maraqlıdırlar və onlar bu təşkilatın əli ilə Yaxın Şərqdə ABŞ-ın strateji hədəflərini yerinə yetirməkdə görəvləniblər.
Şübhəsiz İŞİD-in komplektləşdirilmiş bir təşkilatdır və mediya oralara qədər girə bilməz. Ən qəribəsi budur ki, İraqın pan ərəbist zabitlərindən və Təkfiri milislərdən qurulmuş bu təşkilatın ziddiyətlərsiz ötüşə bilməyəcəyi görünmlidir. Lakin nədənsə bütün bunlar görünmür və mediyaya sızmır.
Sadə bir sual hamını maraqlandırmalıdır. Görəsən əl Bağdadinin nə böyük xarizması var ki, yuxarıda adını çəkdiyimiz qrupları, Əl – Qaidədən qopmuş qrupları və sadəcə işsiz gəncləri yanında saxlaya bilib. Görəsən ona qarşı olanların başına nə gəlib?
Əbu Bəkr Əl-Bağdadiyə qarşı olan Hamid Əl-Dəlimi Səddam ordusunda briqada generalı idi və xəlifənin sağ qolu sayılırdı. Müşahidəçilərin qeyd etdikləri kimi, Hamid Əl-Dəlimi BƏƏS partiyasının tanınmış simalarından olan və onun sosialist və pan ərəbist ideologiyası var idi. Onun Sələfi- Təkfiri fikirləri olan xəlifə və yoldaşları ilə böyük ideoloji problemləri var idi, lakin bu problemlər hansısa qüdrətli bir əlin vasitəsi ilə nəzarə\tdə saxlanılırdı.
Belliklə İŞİD-in qurulmasında ABŞ-ın daha doğrusu MKİ-nin böyük rolu, olduğu təsdiqini tapır. Bir birinə daban dabana zidd olan iki təşkilatı yəni Bəəs partiyasının zabitlərinin koalisiyası və Təkfirçi- sələfi milislərdən qurulan bu təşkilatı Suriyada Vaşinqtonun aparıcı təhlükəsizlik strateqləri yönləndirir və onlar ABŞ-ın bu bölgədə oyununu pozmaq istəyən hər bir cəhd beşiyindəcə boğulacaq.
Beləliklə demək olar ki, İŞİD-ın Amerika ilə əlaqəsi taktiki əlaqə deyil,MKİ-nin İŞİD- dəki nüfuzu hansısa başqa nüfuzdan daha yüksəkdir və İŞİD ABŞ-ın strateji hədəflərinə işləyir baxmayaraq ki, hərdən ABŞ-ın maraqlarına qarşı çıxır. Lakin bu qarşı çıxmalar taktiki xarakter daşıyır.
İndi isə qarşıya bir sual çıxır. ABŞ Suriyada İŞİD-in əli ilə nə etmək istəyir?
Birinci; ABŞ İŞİD ilə mübarizə adı altında Bağdadiyə qarşı olanları beşiyində boğur və ona görədə İŞİD həyatda dura bilib müharibə edir.
İkinci: ABŞ, İşidin Raqqadakı qəragahını Suriyanın şimalında Əl-Hiskə bölgəsində bombardman etdikdən sonra iki qrup yaratdı, birincisi, Kürdlər, Asurilər və Xristianlardan olan “Suriyanın yeni ordusu” nun koalisiyası və ikincisi demokratik qrup. Hər iki qrup, münaqişəli qruplar olaraq, təlimat görüb silahlanırlar və indiyədək “Əl-Hovl” şəhərini təmizləməyi bacardılar.
Onlar indidə Əl-Şəddadi şəhərini azad etməyi planlayırlar.
Senari belədir ki öncə ABŞ qırıcıları bölgələri bombardman edirlər və sonra yeni ordu qüvvələri daxil olub oranı azad edir.
Üçüncü: ABŞbu iki qrupu yaratmaqla nə istəyir?
Suriyanın şimalında Kürd dövlətini yaratsın və Keçid hökumətiniə Suriyada rəhbərlik etsin. Bu məqsədlə, öncə, Rusiya Raqqaya gəlməmişdən qabaq, Raqqanı İŞİDin mərkəzi olaraq aradan qaldırsın. İkinci mərhələ, Suriyanin yeni koalisiyasının yerini bərkitməkdir ki, şimal bölgəsindən başlayaraq Kürd dövləti orada yerləşdirilir. Həqiqətən Suriyanı bölmək ABŞin əsas hədəfi sayılaraq şimal zolağından başlanır. Bəzi müşahidəçilər inanırlar ki, Suriya dəyişikliklərinin oyunçuları ilə müxaliflərinin Vyanada son günlərdəki iclasında, onun nəticələri və həmçinin Suriya alanındakı gəlişmələr ABŞ-in Suriyadakı planları ilə uzlaşmadığı üçün nəticə verməyəcəkdir.
İki yeni müxalif qrup yəni “Suriyanin yeni ordusu” və “Demokratik qrup”-u yaratma planı xaricində olan ayrı müxalıf qruplar ABŞ-ın nəzarətindən xaric olduqları üçün təqdir olunmayırlar.
1- Necə olur ki, Əl-Nəsr cəbhəsi, Ceyş Əl-Fəth, Ceyş Əl-İslam, Ceyş Əl-Əhrar və Azad Suriya Ordusu kimi güclü və təlim görmüş qrupları bu mövzudakənarda qoysunlar.
2- Suriyanın şimalında hər növ Kürd qrupunun yaranması və onlara müstəqillik verilməsi İraq, Türkiyə və İraninmaraqlarını təhlükəyə salacaqdır və Ərdoğanın Suriyada Kürd dövlətinin yaranmasını qəbul eməsi və ya Kürdləri Suriyada hakimiyyətdə görməsi isə imkansızdır. Türkiyə dövlətinin qırmızı cizgisi, Suriyada hər növ Kürd hökümətinin yaranmasıdır ki, hətta Avropa birliyinə qatılmaq vədi ilə belə bunu dəyişmək olmaz.
3- 3- İran, İraq, Rusiya və Suriya böhranın əvvəlindən Suriyada hər bir terrorçu təşkilatın olmasına qarşı idilər və onlar Suriyada olan rejim\ə alternativ bir müqavimət gücünün hakimiyyətə gələrək hökümət qurmasına razı olmayacaqlar. Təxminən Əsədi kənara qoymaq planı onların işinə yaramır.
4- İndi isə baxaq Fransada baş verən hadisəyə görə və həmçinin Vyana iclasındakı qərarlara əsasən, Suriyada olan oyunçular doğrudanda ABŞ-in senarisini qəbul edəcəklərmi? Rusiya apardığı hücumları artırmaqla, Əsədə olan himayələrə son verəcəkmi?
TEREF.İNFO












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.