Bütün bəşəriyyətin Azadlıq simvolu

28-10-2019, 08:29           
Bütün bəşəriyyətin Azadlıq simvolu
O, bir əlində azadlıq məşəli, digərində isə üzərində ABŞ Müstəqillik Bəyannaməsinin elan edildiyi 1776-cı il 4 iyul tarixinin yazıldığı tabula ansata tutub.
1886-cı il oktyabrın 28-də ABŞ-ın Nyu-York ştatında fransız heykəltəraş Frederik Ogüst Bartoldi tərəfindən hazırlanmış “Azadlıq heykəli”nin (“Dünyanı işıqlandıran azadlıq”) rəsmi açılışı olub.

Roma azadlıq ilahəsi olan Libertası təcəssüm etdirən heykəl Fransa xalqı adından ABŞ-a hədiyyə edilib. Azadlığın və ABŞ-ın simvollarından biri olan heykəldə ayaq üstə dayanmış qadın təsvir olunub. O, bir əlində azadlıq məşəli, digərində isə üzərində ABŞ Müstəqillik Bəyannaməsinin elan edildiyi 1776-cı il 4 iyul tarixinin yazıldığı tabula ansata (qanunların yazıldığı tablet) tutub.

Qırılmış zəncir onun ayağının üstünə sərilib. Tuncdan hazırlanmış heykəlin yerdən məşələ kimi hündürlüyü 93 metrdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru