Bütün xərçəng növlərini müalicə edən VİRUS TAPILDI

22-11-2019, 09:42           
Bütün xərçəng növlərini müalicə edən VİRUS TAPILDI
Xərçəngin müalicəsi ümumilikdə sistematik olaraq irəliləyir. Həkimlər tez-tez kimyaterapiya və cərrahiyyə kimi üsullara müraciət edirlər. Alimlər xərçəng xəstəliyi ilə bağlı illərdir araşdırma aparır. Ancaq xərçəngin tamamilə aradan qaldırıldığını sübut edən bir araşdırma yoxdur. Xərçəngin inkişafını yavaşladan dərmanlar hazırlansa da, xəstəliyi tamamilə məhv edəcək virus hazırlanmayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Avstraliyanın biotexnologiya şirkəti xərçəngin bütün növlərini müalicə edə biləcək virus istehsal etdiyini açıqlayıb.

Şirkət bütün xərçəng hüceyrələrini təmizləyə və xərçəng növlərini müalicə edə biləcək hibrid peyvənd tapdığını elan edib. Hələ klinik cəhətdən sınaqdan keçirilməmiş virus bütün xərçəng növlərini öldürə bilər. Siçanlarda istifadə edilən virusun şişləri kiçiltdiyi də müşahidə edilib. Kəşfin müəllifi amerikalı professor Yuman Fonq, virusa inək-poks adını verib.

Bu virus 200 il əvvəl suçiçəyi müalicəsində istifadə edilən virusun başqa viruslarla təkmilləşdirilmiş versiyasıdır. Xərçəng müalicəsində virusun yaradılması ideyası yeni deyil. Bundan əvvəl, Amerika alimləri beyin xərçəngini müalicə etmək üçün soyuq virusdan istifadə etmişdi.

Bu müalicə insan sağlamlığı üçün zərərli deyil.

Siçanlarda sınaqdan keçirilən virusun uğurlu olması onun insanlar üzərində tətbiq edilə biləcəyi demək deyil. Lakin alimlər ümid edir ki, bu virus xərçəng müalicəsinə müsbət təsir göstərəcək. Virusun yaxın illərdə insanlar üzərində sınaqdan keçiriləcəyi açıqlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru