Azərbaycanın elektrik ixracında kəskin dəyişikliklər - Araşdırma

Bu gün, 12:24           
Azərbaycanın elektrik ixracında kəskin dəyişikliklər - Araşdırma
Azərbaycan regionun enerji ixracatçısı kimi təkcə neft və qazla deyil, elektrik enerjisi ilə də xarici bazarlarda iştirak edir. Son illərdə bu sahədə ixrac göstəricilərində həm ciddi artımlar, həm də kəskin azalmalar müşahidə olunub.

Valyuta.az xəbər verir ki, cari ilin yanvar-iyul aylarında bu məhsulun ixrac dəyəri 41,6 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, 10,2 milyon dollar və ya 19,69% azalma deməkdir. Belə ki, 2024-cü ilin ilk 7 ayında ixracın həcmi 51,8 milyon dollar olub.

Qeyd edək ki, ən yüksək göstərici 2023-cü ilin yanvar-iyul aylarında qeydə alınıb. Həmin dövrdə xaricə 314,5 milyon dollar dəyərində elektrik enerjisi satılıb. 2024-cü ilin analoji dövründə isə ixrac 262,7 milyon dollar və ya 83,5% azalaraq 51,8 milyon dollara enib.

Statistikaya görə, 2022-ci ilin ilk 7 ayında ixrac 35,3 milyon dollar təşkil edib. 2023-cü ilin eyni dövründə bu rəqəm təxminən 9 dəfə artaraq 314,5 milyon dollara yüksəlib.

Daha əvvəlki illərə nəzər salsaq, 2021-ci ilin yanvar-iyul aylarında elektrik enerjisi ixracı 33 milyon dollar olub. Bu, 2020-ci ildəki 42,6 milyon dollarla müqayisədə 9,6 milyon dollar və ya 22,5% azalma deməkdir. 2022-ci ildə isə 2021-ci illə müqayisədə ixrac 2,3 milyon dollar və ya 6,96% artaraq 35,3 milyon dollara çatıb.

Öz növbəsində, 2019-cu ilin ilk 7 ayında ixrac 56,6 milyon dollar təşkil etmişdi ki, bu da 2020-ci ildə 14 milyon dollar və ya 24,73% azalma ilə 42,6 milyon dollara düşüb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru