Endirim alış-verişində edilən səhvlər

Bu gün, 12:14           
Endirim alış-verişində edilən səhvlər
Ruzanna Bəşirova
Xərclər üzrə konsultant

Bayramlarda və mövsüm endirimlərində kifayət qədər münasib qiymətlər olduğu üçün bu fürsətləri dəyərləndirib yaxşıca alış-veriş etmək istəyirik. Hələ bir də məhsulun üzərində köhnə qiymətlə təzə qiymətin arasındakı fərqi gördükdə hamısını almaq istəyirik. Büdcə idarə olunmasından danışırıqsa, endirimlərdə alış-veriş etmək məntiqli davranışdır. Bəs bu cür alış-veriş etmək doğrudurmu?

Əslində, alış-veriş bizim ehtiyaclarımızı ödəmək üçündür. Bu alış-verişi endirim zamanı onun üçün edirik ki, həm ehtiyaclarımızı ödəyə bilək, həm də büdcəmizə bir az qatqısı olsun. Normalda xərclədiyimiz pulla daha çox ehtiyacımızı qarşılaya bilək. Lakin bu zaman qiymətin aşağı, əlçatan olmasından istifadə edərək ehtiyac duymadığımız, lazımsız şeyləri də almaq olmaz.

Qiyməti ucuzdur deyə ehtiyacımız olmayan şeyləri almaq büdcəmizə ziyandır. Bu zaman endirim bizim xeyrimizə yox, əksinə ziyanımıza olur. Endirimlərdən faydalanmaq üçün həqiqətən də ehtiyac olan vasitələri almaq lazımdır.
Bir çox insan alış-veriş edərkən, xüsusən də endirimlər zamanı ehtiyac olmayan əşya və ya geyimlərə sadəcə qiyməti aşağı olduğu üçün alır. Kiçik qiymətlər ilk başda gözə görünmür, lakin toplandıqda kifayət qədər yaxşı bir məbləğ edir ki, onunla müxtəlif digər ehtiyacları qarşılamaq olar.

Əslində bu sadəcə endirimlər zamanı belə olmur, ucuz olan məhsullara verdiyimiz xırda pullar gözə görünmədiyi üçün bunu gündəlik həyatımızda da edirik.

Buna görə də endirim zamanı:

• Həqiqətən ehtiyacımız olan məhsulları
• Yaxın gələcəkdə ehtiyacımız olacaq məhsulları
• Yaxınlarımız üçün hədiyyə edə biləcəyimiz məhsulları almalı• Endirimdə olduğu üçün
• Ucuz olduğu üçün
• Sadəcə xoşumuza gəldiyi üçün
• Bəlkə nə vaxtsa lazım olar deyə almaqdan çəkinməliyik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru