Zəhərlənən tələbələrin 3-ü bizim tələbə deyil - Xəzər Universiteti

26-11-2019, 17:34           
Zəhərlənən tələbələrin 3-ü bizim tələbə deyil - Xəzər Universiteti
Diqqətinizə çatdırmaq istərdik ki, bu gün kütləvi informasiya vasitələrində 6 nəfər tələbənin zəhərlənməsi ilə bağlı yayılan xəbərlər həqiqəti tam əks etdirmir. Belə ki, o tələbələrdən yalnız 3 nəfəri – Nəzakət Heydərli, Aysun Rəcəbli və Ləman Salmanlı Xəzər Universitəsinin I kurs tələbələridir. Digər iki nəfər - Aysun Osmanlı və Gülyetər Mahmudova Bakı Dövlət Universitetinin, Nazlı Qazıyeva isə İqtisad Universitetinin tələbəsidir. Onların altısı da Qara Qarayev küçəsi, 76, mənzil 28 ünvanda kirayədə yaşayırlar. Bu gün səhər saat 04 radələrində yaşadıqları evdə qaz sızmasından zəhərləniblər. Saat 04:47-də qonşuların köməyi ilə 1 saylı Klinik Xəstəxanaya çatdırılıblar. Tələbələrdən 5 nəfəri ambulator müayinədən sonra evə buraxılmışlar. Digər tələbə- Ləman Salmanlı isə müayinə üçün hələ də Xəstəxananın Toksikologiya şöbəsindədir. Müayinəsini bitirdikdən sonra evə buraxılacaqdır.
Alovsat Amirbeyli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru