Sən demə Şaxta babanın anası erməniymiş - erməni etnoqrafdan gülünc fərziyyə

24-12-2019, 00:52           
Sən demə Şaxta babanın anası erməniymiş - erməni etnoqrafdan gülünc fərziyyə
Rafel Naxapetyan adlı erməni etnoqraf bu günlərdə yeni fantastik fərziyyə irəli sürüb. Sən demə hər kəsin Şaxta baba olaraq bildiyi Müdəddəs Nikolay erməni imiş.

Ermənistanın “tert.am” saytının məlumatına görə, bu barədə o, jurnalistlər qarşısında bəyan edib.

Rafael Naxapetov Nikolayın anasının erməni olması fərziyyəsini irəli sürüb.

“Müqəddəs Nikolayın bizim eramızın 280-ci ilində doğulduğu və erməni olduğu söylənilir. Onun Ergefan və erməni gözəli Nunenin oğlu olması hesab edilir. Həmin varlı ailənin uzun müddət övladı olmurmuş, nəhayət Tanrı onların dualarını eşidib bir körpə bəxş edir. Həmin şəxs sonradan bütün Avropa ölkələrinin səcdə etdiyi insana çevrilir”,-deyə erməni etnoqraf bildirib.

Rafael Naxapetyanın sözlərinə görə, Müqəddəs Nikolay Batara şəhrində (indiki Türkiyənin Antalya vilayətinin yaxınlığında yerləşib) anadan olub.

“Gənc yaşlarda o, valideynlərini itirib və dayısı, arxiyepiskop Yeresli Nikolay tərəfindən yetişdirilib. “Malik olduğun hər şeyi sat, pulunu kasıblara payla” onun həyat şüarına çevrilib. Xalqın iradəsi ilə o, sonradan Zmurniyanın (indiki İzmir-red) arxiyepiskopu olub. Daha sonradan sürgün edilən Nikolay İncilin yayılması işini davam etdirib. Müqəddəs Nikolayın 326-cı ildə öldüyü və hər kəs tərəfindən sevilən Santa-Klaus, yəni Şaxta baba olduğu bilinməkdədir”,- deyə o, qeyd edib.

Rafael Naxapetyan Müqəddəs Nikolayın qalıqlarının İtaliyaya 1080-ci ildə gətirildiyini jurnalistlərin diqqətinə çatdırıb. “Onun əsas missiyası insanların müalicəsindən ibarət imiş və hər kəs gəlişini səbirsizliklə gözləyirmiş”,-deyə etnoqraf sonda vurğulayıb.
Məqalənin orijinalı ilə bu saytdan tanış ola bilərsiniz.

https://www.tert.am/en/news/2012/12/29/santa-claus-hay/666654

Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.