11 min metr dərinlikdən tapılan əşya hamını təəccübləndirdi

Bu gün, 16:24           
11 min metr dərinlikdən tapılan əşya hamını təəccübləndirdi
Mariana çökəkliyindəki Çelencer dərəsində tədqiqat kamerası okeanın dibinə - 10900 metrdən çox dərinliyə çatıb və ekzotik dəniz canlıları, yaxud da geoloji anomaliyalar əvəzinə pivə şüşəsi aşkar edib.

Focus.ua xəbər verir ki, bu tapıntı alimləri okeanın vəziyyəti haqqında düşünməyə vadar edib.

Məlumata görə, bəşəriyyət dünya okeanının yalnız 5%-ni araşdırıb və nə qədər dərinə getsə, bir o qədər heyrətamiz və bəzən də narahatedici kəşflərlə qarşılaşacaq.

Pivə şüşəsinin təxminən 1100 atmosfer təzyiqi altında salamat qalması da təəccübləndirib. Tədqiqatçılar izah ediblər ki, şüşənin qapağı açıq olub və su onun içərisinə dolaraq daxili və xarici təzyiqi balanslaşdırıb. Bu, şüşənin qırılmasının qarşısını alıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.