Mars planetinin dərinliyində böyük göl aşkarlandı

12-05-2025, 16:38           
Mars planetinin dərinliyində böyük göl aşkarlandı
Mars planetinin səthinin altında böyük göl tapılıb.

Rg.ru-ya istinadla xəbər verir ki, göl səkkiz kilometr dərinlikdə yerləşir.

Bu gölün kəşfini Avstraliya, İtaliya və Çin alimlərindən ibarət qrup elan edib.

Onlar əminliklə bildiriblər ki, ilk təsdiqlənmiş maye su rezervuar Marsda 5,4-8 kilometr dərinlikdə aşkar edilib.

Onlar 2018-ci ildən Marsın qabığında "titrəmə"ni qeydə alan NASA-nın "InSight" missiyasının məlumatlarını təhlil ediblər. Alimlərə seysmologiya "kömək edib": iki meteorit zərbəsi və Marsın güclü silkələnməsi.

Yaranan seysmik dalğalar Marsın dərinliklərinə yüksək dəqiqliklə nəzər salmağa imkan verib. Onların ən müasir riyazi metodlardan istifadə etməklə apardıqları təhlillər yeraltının gözlənilməz mənzərəsini ortaya çıxarıb, orada dərin göl aşkarlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru