50 min ildir "yatan" viruslarından biri canlanır - HƏYƏCAN TƏBİLİ
Bu gün, 17:24
Danimarkanın Arhus Universitetindən olan alimlər Qrenlandiyanın buzlaqlarında təxminən 50 min il yaşı olan canlı viruslar tapıblar.
Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri "Microbiome" elmi jurnalında dərc edilib.
Viruslar dərin qatlarda deyil, buzlaqların səthində, mikroyosunlarla qarşılıqlı əlaqədə olduğu yerdə aşkar edilib. Bu yosunlar buzun əriməsinə səbəb olaraq, mikroblar üçün qida mühiti yaradır və buz örtüyünün dağılmasını sürətləndirir.
Mütəxəssislərin xüsusi diqqətini Pandoravirus cəlb edib ki, bu da əridikdən sonra amöblərə yoluxa bilər. Onun ölçüsü bir mikrometrə çatır və genomu təxminən 2,5 milyon nukleotiddən ibarətdir ki, bu da onu Yerdə məlum olan ən böyük viruslardan birinə çevirir.