"Telegram"da təzə FUNKSİYALAR

12-05-2025, 16:18           
"Telegram"da təzə FUNKSİYALAR
"Telegram" mesenceri istifadəçilərin rəğbətini qazanmaqdan ötrü daha bir yeniliyə imza atıb.

"Kommersant" nəşri xəbər verir ki, istifadəçilər indi daxili ticarət paltformasında kolleksiya hədiyyələri ilə ticarət edə, eyni anda bir neçə hekayə paylaşa və kanallarda yazıların avtomatik tərcüməsini aktivləşdirə bilərlər.

Yeni hədiyyə vitrini daxili valyuta - "Telegram"ın ulduzları" qarşılığında işləyir. Axtarış üçün bir neçə filtr mövcuddur, o cümlədən nadir əşyaların satışı üçün "Yenidən satış" rejimi. Lazım gələrsə, lotlar asanlıqla hərracdan çıxarıla bilər.

Hekayə redaktorunun köməyi ilə indi siz eyni anda bir neçə foto və video yerləşdirə bilərsiniz və 60 saniyədən uzun videolar avtomatik olaraq fraqmentlərə bölünür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru