Bu bahalı hədiyyəni Qətər Tramp administrasiyasına bağışlayacaq

12-05-2025, 17:44           
Bu bahalı hədiyyəni Qətər Tramp administrasiyasına  bağışlayacaq
ABŞ Prezidenti Donald Trampın administrasiyası Qətər kral ailəsindən "Boeing 747-8" təyyarəsini hədiyyə kimi qəbul etməyə hazırlaşır.

ABC telekanalı xəbər verir ki, bu, "ABŞ-yə xarici hökumət tərəfindən indiyə qədər edilmiş ən dəyərli hədiyyə" olaraq qiymətləndirilir.

Telekanalın məlumatına görə, Qətər təyyarəni gələn həftə təhvil verə bilər.

Qeyd edilib ki, Tramp artıq fevral ayında Uest-Palm-Biç aeroportuna enən təyyarəni yoxlayıb.

Bildirilir ki, təyyarə "uçan saray" xüsusiyyətlərinə malikdir və yeni prezident təyyarəsi kimi xidmət edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru