Polşa Rusiyanı ticarət mərkəzini yandırmaqda ittiham edir

12-05-2025, 17:34           
Polşa Rusiyanı ticarət mərkəzini yandırmaqda ittiham edir
Rusiya 2024-cü il mayın 12-də Varşavada "Marywilska 44" ticarət mərkəzindəki yanğına görə məsuliyyət daşıyır.
Lenta.ru xəbər verir ki, ittihamı Polşanın ədliyyə naziri Adam Bodnar və Polşanın daxili işlər naziri Tomaş Simonyak irəli sürüblər.

"Topladığımız sübutlara əsasən, yanğının Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə baş verdiyini bilirik. Bizim bu barədə ətraflı məlumatımız var", - deyə bəyanatda bildirilir.

Nazirlərin sözlərinə görə, ticarət mərkəzini yandıranların fəaliyyətini Rusiya Federasiyasında yerləşən şəxs təşkil edib. Cinayətkarlardan bəziləri artıq saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru