Bu xəstəliklər intihar riskini artırır - Araşdırma

30-12-2019, 00:13           
Bu xəstəliklər intihar riskini artırır - Araşdırma
"American Journal of Preventive Medicine" jurnalında dərc olunmuş araşdırma göstərib ki, bəzi xəstəliklər hətta psixiki problemləri olmayan insanlarda intiharın riskini artırır.

Teref.az xəbər verir ki, araşdırma göstərib ki, kəllə-beyin travmaları, xərçəng, astma, bel ağrıları, durğun ürək çatışmazlığı, diabet, epilepsiya, miqren, Parkinson xəstəliyi, böyrək çatışmazlığı, insult, psixogen ağrılar, yuxusuzluq intiharın riskini artırır.

Yuxu pozulmaları və QİÇS intiharın riskini 2 dəfə, kəllə-beyin travması isə 9 dəfə artırır.

Bu araşdırmanın nəticələri intiharın profilaktikası üçün çox önəmlidir.

Son zamanlar intiharın statistikası bütün dünyada ildən ilə artır. Məsələn, ABŞ-da hər il təxminən 450 000 insan intihar edir. İntiharların ən aşağı göstəriciləri Səudiyyə Ərəbistandadır, ən yüksək göstəriciləri Cənubi Amerikada yerləşən dünyanın ən kasıb ölkələrdən biri olan Qayanadır. /Saglamolun.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru