Bu mesajlaşma proqramını cihazınızdan dərhal silin – məlumatlarınız oğurlanır

29-12-2019, 06:30           
Bu mesajlaşma proqramını cihazınızdan dərhal silin – məlumatlarınız oğurlanır
"Google" və "Apple" şirkətləri bu proqramı artıq "Google Play"dən və "App Store"dan çıxarıblar və onun mobil cihaza yüklənməsi hazırda mümkün deyil

""ToTok" adlı mesajlaşma proqramı məlumatları Birləşmiş Ərəb Əmirlikləri hökumətinə ötürə bilən casus proqramıdır". Sputnik Azərbaycan xəbər verir ki, bunu "New York Times" qəzetinə danışan ABŞ kəşfiyyat rəsmiləri deyiblər.

Qeyd edilir ki, "ToTok" son həftələrdə populyarlıq qazanıb. Lakin istifadəçilərdən bu proqramı dərhal mobil cihazlarından silmək tələb olunub.

"Google" və "Apple" şirkətləri bu proqramı artıq "Google Play"dən və "App Store"dan çıxarıblar və onun mobil cihaza yüklənməsi hazırda mümkün deyil.


"ToTok" proqramının yaradıcıları isə bu iddiaları rədd edirlər. Şirkət həmçinin məsələnin həlli və proqramın yenidən "Google Play" və "App Store"a qaytarılması üçün "Google" və "Apple" rəhbərliyinə videomüraciət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru