Qoşulub qaçan qudalar: "Bizi axtarmağa ehtiyac yoxdur"

3-01-2020, 22:25           
Qoşulub qaçan qudalar: "Bizi axtarmağa ehtiyac yoxdur"
Ağdaş rayonunda qohum olmağa hazırlaşan qudalar qoşulub qaçıblar.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Kükəl kəndində qeydə alınıb.

Belə ki, rayonun Ərəb kəndində məskunlaşan, Şuşa rayonundan olan məcburi köçkün, 1975-ci il təvəllüdlü Rizvan Nizami oğlu Əliyev qızının nişanlısının anası, rayonun Kükəl kənd sakini, 1970-ci il təvəllüdlü Yaqut İsmət qızı Ömərova ilə birlikdə evlənmək məqsədi ilə qaçıblar.

Məlumata görə, R.Əliyevin arvadı qızı ilə bir ildir ki, nişanlı olan kürəkəninin anası Y.Ömərovadan onun ərinə sevgi mesajlarının gəldiyini görüb. Daha sonra ərini izləyib. Məlum olub ki, kürəkəninin anası R.Əliyev qudası Y.Ömərova ilə tez-tez görüşürlərmiş. Bu hadisədən sonra yanvarın 28-də qudalar arasında mübahisə yaranıb və mart ayında toyları planlaşdırılan nişanlı cütlük ayrılıb. Yanvarın 29-da isə qızın atası oğlanın anası ilə birlikdə qaçıb.

Rayonun Kükəl kənd bələdiyyəsinin sədri İttifaq Şərifov "Report"a bildirib ki, qudaların əvvəllər bir-biri ilə əlaqələri olub: "Bütün kənd şokdadır, olan nişnalı gənclərə oldu. Onlar gərək belə bir addım atamayaydılar. Bildiyimə görə, hər iki tərəfin yaxınları Ağdaş Rayon Polis Şöbəsinə müraciət ediblər".

"Report"un Yuxarı Şirvan bürosunun müxbiri kürəkəninin anasını qaçıran R.Əliyevlə əlaqə saxlayıb.

R.Əliyev bildirib ki, onlar bir-birilərini sevdiyi üçün qaçıblar: "Biz övladlarımızın ailə qurmasını istəmirdik. Çünki mən Yaqutu sevirəm, o da məni sevir. Bizi axtramağa ehtiyac yoxdur. Bundan kimə nə?!"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru