Dünya milyarderlərinin siyahısı - Vahid Ələkbərov 45-ci sırada

4-01-2020, 00:58           
Dünya milyarderlərinin siyahısı - Vahid Ələkbərov 45-ci sırada
Dünyanın ən varlı insanı ABŞ-ın texnologiya şirkəti “Amazon”un rəhbəri (CEO) Ceff Bezos olub.

“Bloomberg” xəbər verir ki, onun sərvəti 2,91mlrd dollar və ya 2,5% artaraq 118mlrd dollar olub.

Məlumata görə, növbəti pillələrdə ABŞ-ın “Microsoft” korporasiyasının rəhbəri Bill Gates və Fransanın “LVMH” şirkətinin rəhbəri Bernard Arnault qərarlaşıb. Onların sərvətləri bu il müvafiq olaraq 557 milyon dollar (təxminən 0,5%) və 761 milyon dollar (təxminən 0,7%) artaraq 114mlrd və 106 mlrd dollara çatdırılıb.

Qeyd edək ki, siyahıda “Facebook”un yaradıcısı və CEO-su Mark Zuckerberg 80 mlrd dollarla 5-ci, Çinin elektron ticarət nəhəngi “Alibaba”nın keçmiş rəhbəri Jack Ma 47,7 mlrd dollarla 19-cu, “Tesla”nın rəhbəri Elon R.Musk isə 28 mlrd dollarla 35-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, “Lukoil” şirkətinin prezidenti Azərbaycan əsilli rusiyalı milyarder Vahid Ələkbərov isə 22,7 mlrd dollarla 45-ci sırada qərarlaşıb. O sərvətini 328 mln dollar və ya 1,5% artırıb.//Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru