Avstraliyadakı yanğınlardan tüstü Çili və Argentinaya çatdı

7-01-2020, 05:13           
Avstraliyadakı yanğınlardan tüstü Çili və Argentinaya çatdı
Avstraliyadakı bir sıra meşə yanğınlarından yaranan tüstü Cənubi Amerika sahillərinə çatdı və Çilinin əksər mərkəzi və cənubu üzərindən səmaları örtdü.

Trend-in məlumatına görə, bu haqda Çilinin "MeteoChile" Meteoroloji Xidmətindən bildirilib.

Avstraliyada milyonlarla hektar ərazi artıq yanmışdır, son aylarda yanğın 17 nəfərin ölümünə səbəb oldu, minlərlə evlər məhv olunub, bəzi məlumatlara görə, 8 min koala və yüz minlərlə digər heyvan öldü.

Avstraliyanın cənub-şərq sahillərində yanğınlar səbəbiylə geniş miqyaslı evakuasiya davam edir.

Çilinin meteoroloji ximdəti bildirib ki, hava axını ilə tüstü Çili və Argentinaya qədər çatıb.

Çilinin demək olar ki, bütün cənub və mərkəzi şəhərlərində dumanı görmək olar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.