Köhnə deputatlar nə vaxta qədər maaş alacaq? - Milli Məclisdən AÇIQLAMA

8-01-2020, 11:48           
Köhnə deputatlar nə vaxta qədər maaş alacaq? - Milli Məclisdən AÇIQLAMA
5-ci çağırış Milli Məclis buraxılandan sonra həmin tərkibdə təmsil olunan deputatların hansi səlahiyyətlərinin qalması yenidən gündəmə gəlib.

Qeyd edək ki, dekabrın 5-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və parlamentə növbədənkənar seçkilərin fevralın 9-na təyin edilməsi haqqında sərəncam imzalayıb.

Faktiki olaraq parlamentdə iclaslar və ya qanunların qəbulu prosesi dayandırılıb.

Maraqlıdır, indiki deputatların səlahiyyət müddəti nə vaxt bitir?

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Cebhe.info-ya açıqlamasında deyib ki, qanunda indiki deputatların səlahiyyət müddətinin yeni parlament işə başlayanda bitmiş hesab olunacağı əksini tapıb:

“Milli Məclisin yeni heyəti işə başlayan kimi köhnə heyətin səlahiyyət müddəti bitmiş hesab edilir. Yəni hazırkı deputatların səlahiyyəti yeni çağırışın ilk iclas günü bitəcək. Yeni deputatlar seçilib işə başlayan günə kimi onlara əməkhaqqı veriləcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru