İCTİMAİ TƏPKİ VƏ ADEKVAT ADDIMLAR!
8-01-2020, 11:58
Teref.az:Soleimani sindromu çox şeyin üstünü açdı. Və az zaman keçəcək, Nardaran, Gəncə hadisələri həqiqətləri də xalqımıza gün kimi aydın olacaq. Nardaran və Gəncədə 4 yüksək zabitin qətlinin sifarişi də. Zabitini, küyə gedib İran təbliğatının ayağına verən cəmiyyətə farsın generalı sırınar! O zaman bu hadisələrin sırf İranın ssenarisi ilə qurulduğunu bəyan etdim, etirazlı xoşlamadılar.
İranın nəinki cəmiyyətmizi, hətta dövlətçiliyi də silkələmək qədər, olay, qanlı hadisə, çaxnaşma yaratmaq gücü və imkanları var, Azərbaycanda. Və Soleimani məsələsindən daha vacib zərurət yaransa bizim ölkədə aglımız, gümanımıza belə gəlməyən nələr yarada bilər.. Və fürsət gözləyir.
İndi artıq, aydın olur ki, hətta, hüquq müdafiəsi təşkilatlarımıza da, muzdlu xadimlərini yeridib, siyasi məhbus siyahılarına belə, müdaxilə edir. Cəmiyyətdə o sektor qalmayıb, orada İranın əli, barmağı, adamları olmasın. Sanki bu cəmiyyəti Xamnei idarə edir.. Bizim cəmiyyətin içinə, dini- məzhəb, milli və separatçılıq, iqtidar-müxalifət, xalq-dövlət düşmənçiliyi, milli birlik parçalama toxumu səpir, başımızı qatır və sakit işini görür.
Biz nəhayət yaxşıca düşünməliyik. Necə olur ki dünyanın və qonşu gürcü, rus, erməninin, hətta qazax, türkmənin də orta əsrlər gerizəkalı molla rejimi hesab edərək güldüyü İranın cılız və bəsit oyunları fəndlərinə düşürük, avam və uşaq başı yozma ideyalarına inanırıq? Bu qədər də olmaz!
Çıxış yolu ciddi müqavimətdir. Əvvəli demirəm, o başqa analiz, söhbətdir, amma, 2016-cı ildən bəri, obyektiv bilək, xüsusi xidmət orqanlarımız korrupsiyaya qurşanmayıb konkret öz fəaliyyəti ilə məşğul olmaqla, müşahidəmizə görə bu son məsələ ilə də ciddi məşğuldur, nəticələr olmalı.
Ancaq cəmiyyət olaraq biz də tədbirli, qətiyyətli olmalıyıq, ölkəni pozucu dini, separatçı təzahür, çıxışlara, addımlara qarşı. Hər an, hər yerdə, hər addımda bu antivətən, antimilli təzahürlərə qəti cavab verilməlidi. Kəskinli, anında və yerindəcə, çəkinmədən, qızğın qətiiyətlə və cəsarətlə. Bilin ki, bu vətən, dövlət, xalq sizindir və bu dəyərlərə qarşı çıxana nə sərt adekvat addım atsanız, heç bir dövlət orqanı və ictimai təşkilat qınamaz. Və əksinə, bu cəmiyyət, xalq, dövlət sizə dəstəkdir..
Bunu da açım deyim. Mən üç oğlan övladlarımı müasir dünya görüşlü, xarici Avropa savadlı və çoxdilli, mədəni, mərifətli böyütmüşəm. Amma, həm də vətən, dövlət, xalq təəssübkeşli, mənlik şəxsiyyətini qəti qoruyan döyüş-idman formatlı böyütmüşəm. İki gün öncə sosial şəbəkədə bir İranyönlü dindarla söz fikirləri düz gəlməyib və oglumun atası, vətəni, millətini və s. təhqir edib. Və bu da ki, gəncdir 23 yaş, hirsli başla yazaraq onun böyüyünü və bütün imam müqəddəslərini təhqir edib. O dindar mənə yazdı iradla ki oğlun biabırçılıq edib. Yazışmaya baxdım.. Və dindara yazdım ki, sən onun böyüyü, vətən millətini tam söyüb təhqir etmisən, elə bilirsən ki, dindarsan, toxunulmazlıq immunutetin var. Sənin üçün öz imamların müqəddəsdir, onun üçün isə, vətəni, milləti. Dərs olsun. Müqəddəsinə hörmət edib, imamlarının qədrini bilən dindar gərək, ədəbli, tərbiyəli olsun, başqasını söyüb təhqir etməsin. Çünki, bilmirsən ki, qarşıdakı nə reaksiya verər, qoçuluqla ruhanilik tutmaz, dindar təpik armaz!
İstərdim ki bu hadisə ictimai bir nümunə olsun həm dindarlara, həm də ki milli-vətənpərvərlərə. Artıq mümkün deyil, elə bir hal yaranıb ki, gərək kobudluğa, təzyiq təhdidə adekvat cavab verək. Bunun özü də, din pərdəsi altındakı ekstremist hücum-üstələməni yerində oturtmağın yoludur. Olsun ki, bu mənə yaraşmır, amma, nə edəsən?
Gedin, İranda dövlətə, ictimai quruluşa və şəriət qaydalarına, ya, İranın fars generalı Soleimaniyə əks söz deyin, görün ki, yığışaraq başınıza nə iş gətirirlər. Düz edirlər. Biz də belə etməliyik. Qəti!
İlqar Altay