“Hər ölkədə elmin öz inkişaf tendensiyaları var” - Ekspert Misir Mərdanovla razılaşmadı

27-01-2020, 16:54           
“Hər ölkədə elmin öz inkişaf tendensiyaları var” - Ekspert Misir Mərdanovla razılaşmadı
“Hər ölkədə elmin öz inkişaf tendensiyaları var”
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, sabiq təhsil naziri Misir Mərdanov kulis.az saytına verdiyi müsahibədə elmin milli olmadığını deyib. O, AMEA-nın adını Rusiyadakı Elmlər Akademiyasının adı il müqayisə edərək bildirib ki, burada “milli” sözünə ehtiyac yoxdur.

Məsələ ilə bağlı Serq.az-a danışan təhsil eksperti Kamran Əsədovun fikrincə, AMEA-da “milli” sözünün işlənməsi qüsur deyil:

“N ational academy” (red: “Milli akademiya”) statusu dünyanın bütün ölkələrində mövcuddur. Doğrudur, riyaziyyat, fizika kimi ümumbəşəri elm sahələri var. Amma nəzərə almaq lazımdır ki, hər ölkədə elmin öz inkişaf tendensiyaları var.

Məsələn istənilən ölkənin təhsil sistemində tarix, ədəbiyyat, dil kimi elm sahələri milli dəyərlərə söykənir. Ona görə “Azərbaycan tarixi”, “Azərbaycan ədəbiyyatı”, “Azərbaycan dili” deyirik. İkinci bir tərəfdən isə nəzərə almaq lazımdır ki, AMEA təkcə beynəlxalq əhəmiyyətli yox, həm də yerli əhəmniyyətli işlər görür. Milli kadrların yetişməsi, milli maraqların hər şeydən üstün tutulması akademiyanın əsas vəzifələrindən biridir. Odur ki, “milli” sözünün əleyhinə deyiləm. Həmçinin bütün elmləri beynəlmiləl hesab etmək olmaz”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru