Əllərdə bu dəyişikliklər AĞCİYƏR XƏRÇƏNGİNƏ işarə edir

13-02-2020, 21:05           
Əllərdə bu dəyişikliklər AĞCİYƏR XƏRÇƏNGİNƏ işarə edir
Xərçəngin ilkin mərhələlərdə aşkar olunması insanın sağlamlığını və həyatını xilas etməyə imkan verir. Bu səbəbdən xərçəngin ilkin simptomlarını bilmək çox vacibdir.

Tibb.fins.az bildirir ki, Cancer Research UK mütəxəssisləri ağciyər xərçənginin bəzi az bilinən simptomları haqqında məlumat verib.


Belə ki, barmaqların əyilməsi əksər hallarda revmatoid artritlə əlaqəli olsa da bəzən bu simptom ürək və ağciyər xəstəliklərinə və o cümlədən ağciyər xərçənginə işarə edə bilər.


Dırnaqların yumşalması, əyilməsi və dırnaqların ətrafında dərinin parıldaması da ağciyər xərçənginin simptomları ola bilər.

Barmaqların uclarının genişlənməsi və daha yoğun olması (barmaqlar sanki nağara çubuqlarına oxşamağa başlayır) da ağciyər xərçənginə işarə edə bilər (bax şəkil). Həmçinin bu simptom ağır ürək xəstəlikləri və ürək çatışmazlığı zamanı da inkişaf edir.



Əgər bu simptomlardan başqa insanda keçməyən öskürək, səbəbsiz arıqlama, təngənəfəslik, tez yorulma kimi əlamətlər inkişaf etmişsə vaxt itirmədən həkimə müraciət etmək lazımdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.