ABŞ KƏŞFİYYATININ İNANILMAZ PLANI! - 60-cı illərin antenalı pişikləri sovet səfirlərini dinləməli imiş

14-02-2020, 00:00           
ABŞ KƏŞFİYYATININ İNANILMAZ PLANI! - 60-cı illərin antenalı pişikləri sovet səfirlərini dinləməli imiş
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi olan CIA soyuq müharibə dövründə gizli məlumatları əldə eləmək üçün pişiklərə casusluq təlimləri verib. MKİ-nin planı pişikləri mobil elektrik casus cihazlarına çevirmək olub. İlk dəfə 1960-cı ildə Akustik Pişik ( Accoustic Kitty) adı altında həyata keçirilən layihənin hədəfi SSRİ-də və Kremlin səfirliyində səsləri dinləmək olub. Pişiklərin bədəninə dinləmə cihazları və batareyalar, quyruqlarına isə antenalar yerləşdirilib.



Həmçinin, aclıq çəkəndə yollarını dəyişdirməmələri üçün pişiklər müxtəlif əməliyyatlardan keçiblər. Əməlyyatlardan sonra təlim görən ilk pişiyin vəzifəsi bankda oturmuş iki sovet diplomatını dinləmək olub. Vəzifəsini yerinə yetirmək üçün parka buraxılan pişik taksinin altında qaldığından layihənin ilk addımı uğursuzluğa uğrayıb. Uğursuzluqla nəticələnməsinə rəğmən layihə davam etdirilsə də, yenə də uğur qazanmaq mümkün olmayıb. Bu layihələrdə əməliyyatlar və təlimlər üçün ümumilikdə 20 milyon dollar xərclənib.



1967-ci ildə layihə tamamilə bağladılıb və 2001-ci ildə layihənin varlığı ilə bağlı məlumatlar aşkara çıxdıqda MKİ tərəfindən senzuradan keçirilmiş məlumatlarla təsdiqlənmişdi. Layihənin uğursuzluğunun səbəbinin pişiklərin “sözə baxmaması” olduğu güman edilir.

ABŞ-ın heyvalarla bağlı layihələri hər zaman olub. Sonuncu dəfə 2006-cı ildə “sayborq” böcəkləri ilə bağlı təcrübələr uğurla nəticələnmişdi.

Hurriyyet.org




















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.