Deputatlığa namizədlər nə vaxta qədər toxunulmaz qalacaq? - “Baş Prokurorluğa məlumat verilir ki...”
18-02-2020, 18:01
Seçkilərdə namizəd kimi iştirak edən şəxslərə toxunulmazlıq - xüsusi status verilir.
Söhbət qeydə alınmış namizədlərdən gedir. 9 fevralda keçirilən növbədənkənar parlament seçkilərində 1637 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 323 nəfər namizədliyini geri götürüb və nəticədə 1314 nəfər seçkilərə namizəd olaraq qatıldı. Bu isə o deməkdir ki, faktiki olaraq 1314 nəfər seçki prosesi çərçivəsində toxunulmazlıq hüququ alıb.
Maraqlıdır, deputatlığa namizədlər nə zamana kimi xüsusi statusa malik olacaq? Bu statusla onlar nələri edə bilər, nələr qadağandır?
“Deputatlığa namizədlər seçkinin nəticəsi təsdiqlənənə qədər bu statusu saxlayırlar. Əlbəttə, heç kəs qanun pozuntusuna yol verə bilməz. Sadəcə olaraq, namizədlərin hansı məsuliyyətə cəlb edilməsi, xüsusilə də inzibati qaydada həbs olunması üçün Baş Prokurorluğun icazəsi lazımdır. Ona görə də namizədlər hər hansı bir xəta, qanun pozuntusu törədəndə bu barədə Baş Prokurorluğa məlumat verilir”,-deyə Ə.Mustafayev deyib.