MSK-nın iclasında maraqlı dialoq: - "Bura Xalq Cəbhəsinin iclası deyil"

18-02-2020, 18:06           
MSK-nın iclasında maraqlı dialoq: - "Bura Xalq Cəbhəsinin iclası deyil"
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında maraqlı durum yaranıb.

“Report”un xəbərinə görə, MSK katibi Mikayıl Rəhimov 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədlər Cəfərli Fikrət və digərlərinin müraciətinə baxılan zamanı müraciəti təqdim edən MSK üzvü İlkin Şahbazova sual verib: "Bu şikayət işıqlar sönən dairə ilə bağlıdır?"

MSK katibi bu sualına isə həmin dairədən deputatlığa namizəd F.Cəfərli cavab verib. MSK katibi deputatlığa namizədə deyib ki, "mən sizə sual vermədim. Sualı MSK üzvünə verdim".

Daha sonra “bura Xalq Cəbhəsinin iclası deyil, MSK-dır ” - deyə, MSK katibi əlavə edib.

MSK sədri Məzahir Pənahov isə bildirib ki, "bura ciddi bir qurumdur".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru