“Seçki komissiyaları Seçki Məcəlləsinin tələblərinə uyğun hərəkət etməyib” - MSK sədri

18-02-2020, 18:20           
 “Seçki komissiyaları Seçki Məcəlləsinin tələblərinə uyğun hərəkət etməyib” - MSK sədri
“Hər tərəf öz hüquqlarını bilməlidir”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, seçki günü səhərdən axşama qədər edilən xaotik hərəkətlər qeyri-adi görüntüləri ortaya çıxarıb: “Ona görə biz günahı komissiyada görürük ki, onlar Seçki Məcəlləsinin tələblərinə uyğun hərəkət etməyiblər. Hansısa müşahidəçi, yaxud jurnalist komissiya üzvünün fəaliyyətinə imkan vermirsə, komissiya üzvü bununla bağlı Seçki Məcəlləsinin tələblərinə uyğun hərəkət etməli idi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru