Bəxtiyar Hacıyev: "Mətbuata səhv məlumat verilib, iclasda başqa cür oldu” - FOTO

19-02-2020, 00:01           
Bəxtiyar Hacıyev: "Mətbuata səhv məlumat verilib, iclasda başqa cür oldu” - FOTO
“Mətbuata əvvəlcədən hazır məlumat verilib. İclasda başqa cür oldu”.
Yeniavaz.com xəbər verir ki, bunu 29 saylı Səbail seçki dairəsindən namizəd Bəxtiyar Hacıyev öz feyzbuk səhifəsində yazıb. O bildirib ki, MSK 6 məntəqənin ləğv edilməsi üçün təklif versə də razı olmayıblar: “MSK qərar vermədi 29-la baglı. Mətbuat səhv məlumat yayıb. 6 məntəqə ləğvi təklif olundu, razılaşmadıq, əlavə sübutları təqdim etdik. Onlar da araşdırılacaq. Qərar sonra olacaq”.
Qeyd edək ki, MSK-nın 29 saylı Səbail seçki dairəsində 1,5,9,11,17,25 saylı məntəqələrin nəticələrinin ləğv etməsi ilə bağlı qərar qəbul etməsi haqqında ölkə mətbuatı məlumat yayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru