4 məntəqənin nəticələri etibarsız sayıldı – Rəsmi

19-02-2020, 17:06           
4 məntəqənin nəticələri etibarsız sayıldı – Rəsmi
MSK-nın iclasında 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə namizəd olmuş Samirə Rəfullayevanın şikayətinə baxılıb.

Reportyor.info xəbər verir ki, məsələ barədə məlumat verən MSK üzvü İlham Məmmədov bildirib ki, S.Rəfullayeva bu dairə üzrə pozuntular olduğunu bildirərək həmin dairə üzrə nəticələrin etibarsız sayılmasını xahiş edib.
Ancaq İlham Məmmədov qeyd edib ki, bu iddialar tam olaraq öz təsdiqini tapmayıb. Yalnız 12, 14, 16 və 18 saylı seçki məntəqələrində səslərin etibarsız hesab edilməlidir:

“Bu seçki dairəsi üzrə sosial şəbəkələrdə 4 videogörüntü yayılıb. Araşdırma nəticəsində sevindirici halar da aşkar edilib. Bu görüntülərdə məntəqə seçki komissiyalarının müsbət işləri də öz əksini tapıb”.

MSK 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə 4 məntəqədə – 12, 14, 16 və 18 saylı məntəqələrdə səsvermənin nəticələrinin etibarsız sayılmasına dair qərar qəbul edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.