"Azərkosmos" ötən ay ixracdan nə qədər qazanıb?

28-02-2020, 15:51           
"Azərkosmos" ötən ay ixracdan nə qədər qazanıb?
"Azərkosmos" ötən ay ixracdan nə qədər qazanıb?
Bu ilin yanvar ayında “Azərkosmos” ASC 20 xarici ölkəyə 1,8 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nda bildirilib.

Sənəddə deyilir ki, dövlət şirkətinin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 79%-ni təşkil edib.

Səhmdar cəmiyyətin ay ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Böyük Britaniya, Fransa, BƏƏ, Almaniya və Gürcüstan olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.