Şah İsmayıl Xətainin heykəlinin yeri dəyişdirilib - FOTO

1-03-2020, 20:50           
Şah İsmayıl Xətainin heykəlinin yeri dəyişdirilib - FOTO
Teref.az yazır ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə Şah İsmayıl Xətainin heykəlinin iki magistral yolun ortasında yerləşdiyindən, buranın ziyarət üçün uyğunsuz olması ilə bağlı müxtəlif müraciətlər daxil olurdu. Bununla əlaqədar görkəmli dövlət xadimi, şair və filosof Şah İsmayıl Xətainin heykəli ziyarətlər və müxtəlif tədbirlərin keçirilməsi, nəqliyyat vasitələrinin maneəsiz yaxınlaşması və vətəndaşların istirahəti üçün daha uyğun yerə köçürülmüşdür. Bütün bunlar görkəmli, tarixi şəxsiyyətin heykəlinin yeni səviyyədə təqdim olunmasına imkan verəcəkdir.
Digər tərəfdən Xətai heykəlinin köçürülməsi Nizami küçəsi ilə Sabit Orucov, Mehdi Mehdizadə küçəsi 28 May küçəsi istiqamətində yolları birləşdirən yol-nəqliyyat qovşağının yaradılmasına imkan verəcək ki, bu da bu ərazidə olan tıxacların qarşısının alınmasına şərait yaradacaqdır.
Heykəlin köçürülməsi abidəyə heç bir xələl gətirilmədən müvafiq qurumların nəzarəti ilə peşəkar şirkət tərəfindən həyata keçirilmişdir.



















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru