COVID-19-un nəticəsini 45 dəqiqəyə göstərən test sertifikatlaşdırıldı

22-03-2020, 12:05           
COVID-19-un nəticəsini 45 dəqiqəyə göstərən test sertifikatlaşdırıldı
ABŞ-ın “Cepheid” şirkəti COVID-19 ilə yoluxma testinin tətbiqi üçün Qida və dərmanlarının keyfiyyəti məsələləri üzrə İdarədən icazə alıb. Yeni test 45 dəqiqə ərzində nəticəni öyrənməyə imkan verir.

Şirkətin mətbuat xidməti tərəfindən yayılan məlumata əsasən, testin sertifikatlaşdırılması “təcili qaydada” aparılıb və çatdırılması gələn həftə başlayacaq.

Qeyd edilir ki, onun tətbiqi üçün “Cepheid” tərəfindən buraxılan avtomatlaşdırılmış “GeneXpert” analizatorunun olması lazımdır.

Hazırda ABŞ-da keçirilən testlərin əksəriyyəti koronavirusa yoluxmanın nəticəsini 1-4 gün ərzində bilməyə imkan verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru