Şimal və şimalı-qərb sərhədlərimizdə də karantin tədbirlərinə başlanılacaq – Çadır-şəhərciklər qurulur

22-03-2020, 13:23           
Şimal və şimalı-qərb sərhədlərimizdə də karantin tədbirlərinə başlanılacaq – Çadır-şəhərciklər qurulur
Bu günə qədər əsasən cənub sərhədlərimizdən ölkəmizə daxil olanlar üçün koronavirus karantini nəzərdə tutulurdu. Son vaxtlar Rusiyada və Türkiyədə də koronavirus yoluxmalarının sayının artması rəsmi Bakını şimal və şimal-qərb sərhədlərimizdə də eyni tədbirləri həyata keçirməyə vadar edir.

Ovqat.com-un Sınıq körpü yaxınlığında yerləşən Şıxlı kənd sakinlərindən aldığı məlumata görə, artıq bu ərazilərdə də karantin məqsədilə çadır şəhərciklər salınır.

İddialara görə, növbəti həftənin ilk günündən etibarən şimal və şimal-qərb sərhədlərimizdən ölkəmizə daxil olan şəxslər də 14 günlüyünə bu çadırlarda karantin altına alınacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru