Oqtay Şirəliyev işdən çıxarılıb? - AÇIQLAMA

23-03-2020, 11:34           
Oqtay Şirəliyev işdən çıxarılıb? - AÇIQLAMA
Dünyanı bürümüş koronavirusu Azərbaycanda da öz fəsadlarını göstərir.

Bununla bağlı Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahdan yaranmış vəziyyətə dair açıqlamalar olsa da ölkənin səhiyyə nazirindən xəbər yoxdur.

Belə ki, sosial şəbəkələrdə bununla bağlı haqlı sual ünvanlayan vətəndaşlar Oqtay Şirəliyevin görünməməsini tənqid edir, başqa ölkələrin nazirlərinin fəaliyyətini nümunə kimi göstərirlər? Bəs görəsən, Azərbaycanın səhiyyə naziri haradadır və nə işlə məşğuldur ?

Gununsesiaz.info bu suala aydınlıq gətirmək üçün Səhiyyə Nazirinin müavini Nigar Əliyeva ilə əlaqə saxlayıb. Saytımıza açıqlamasında nazir müavini bildirib ki, Oqtay Şirəliyev hər gün işə çıxır :

“Cənab nazirimiz hər gün işə çıxır. Mövcud vəziyyətə görə gərgin iş rejimində çalışır. Özünün media qarşısına çıxmamasına gəlincə, sizin bu fikrinizi ona çatdıraram”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru