Yanacağın satışına məhdudiyyət qoyulub? - SOCAR-dan AÇIQLAMA

30-03-2020, 13:41           
Yanacağın satışına məhdudiyyət qoyulub? -
Azərbaycanda yanacağın satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb.

1news.az-ın məlumatına görə, bu barədə SOCAR məlumat yayıb.

Şirkətin məlumatında deyilir:
"SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodu öz fəaliyyətini normal rejimdə davam etdirir. Ölkəmizin enerji təhlükəsizliyi tam təmin olunub. Bütün istehlak edilən yanacaq növləri əhaliyə sərbəst şəkildə satılır. Bu istiqamətdə narahatlıq üçün heç bir əsas yoxdur. Əziz vətəndaşlarımızı təşviş yaradan şayiələrə yox, yalnız rəsmi məlumatlara inanmağa çağırırıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.