Zelenskinin Türkiyəyə yollanması xəbəri təkzib edildi

14-05-2025, 12:08           
Zelenskinin Türkiyəyə yollanması xəbəri təkzib edildi
Ukraynanın Türkiyədəki səfirliyi Ukrayna Prezidenti Volodimir Zelenskinin Ankaraya yollanmasına dair məlumatı təkzib edib.

TNS xəbər verir ki, bu barədə Ukraynanın "Suspilne" ictimai teleradio şirkəti məlumat yayıb.

Daha əvvəl "Zerkalo Nedeli" nəşri Ukraynanın Türkiyədəki səfirliyinə istinadən V.Zelenskinin danışıqlar üçün Türkiyəyə yola düşdüyü barədə məlumat paylaşmışdı.

Xəbər yayıldıqdan sonra Ukraynanın diplomatik missiyası bu məlumatı təkzib edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru